X
Xalis (prima, kvarta və s.)
İntervalın keyfiyyət göstəricisi. Xalis intervallar qrupuna aid intervalların hər biri natural majorun və ya minorun əsas pillələrindən qurulur və bir müəyyən ölçüyə malik olur. Buna görə onları xalis adlandırırlar.
Xalis intervallara prima, kvarta, kvinta və oktava aiddir.
Xalq mahnısı
Vokal musiqi janrı. Xalq mahnıları qədim dövrlərdən bəri yaranaraq, şifahi surətdə, yaddaş vasitəsilə nəsildən-nəslə keçmiş və təkmilləşərək, dəyişilərək müxtəlif variantlarda müasir dövrə gəlib çatmışdır. Xalq mahnılarının sözlərinin və musiqisinin müəllifləri məlum deyil. Çox zaman bu mahnılar insanların hiss və duyğularının ifadəsi olaraq yaranır. Xalq mahnısı xalqın arzu və düşüncələrini, onun dünyagörüşünü, həyat tərzini və məişətini, əmək prosesini, adət və ənənələrini, mərasimlərini əks etdirir.
Növləri: a) Əmək mahnıları - əkinçiliklə, maldarlıqla, sağıcılıqla, xalçaçılıqla və digər xalq sənət növləri ilə bağlı mahnılar.
b) Mərasim mahnıları – mövsüm (təqvim) mərasimlərilə bağlı mahnılar: yazın gəlməsi ilə qeyd olunan Novruz mərasimində oxunan mahnılar; ailə mərasimləri ilə - toy vəmatəm mərasimləri ilə bağlı mahnılar.
c) Məişət mahnıları – beşik mahnıları: laylay, ninni, oxşama; uşaq mahnıları, lirikmahnılar, yumorlu və satirik mahnılar.
d) Tarixi mahnılar – xalq qəhrəmanları və tarixi hadisələrlə bağlı mahnılar.
Xalq musiqisi, musiqi folkloru
bax: folklor
Xalq musiqi alətləri
Xalq tərəfindən yaradılan və xalq məişətində geniş yayılmış musiqi alətləri; həm xalq ifaçılığında, həm professional musiqidə istifadə olunur; həm də musiqi həvəskarları tərəfindən çalınır.
Xalq musiqi alətləri səsləndirmə və quruluşuna görə simli, nəfəsli və zərb alətlərinə bölünür.
bax: Alət; Musiqi alətləri.
Azərbaycan xalq musiqi alətləri: simli – tar, saz, ud, qanun, kamança və s. nəfəsli –zurna, balaban, ney, tütək və s. zərb alətləri – nağara, qoşa nağara, dəf, qaval və s.
Xalq rəqsləri
Xalq tərəfindən yaradılan və xalq məişətində geniş yayılmış rəqslər.
Xalq yaradıcılığı
bax: folklor
Xanə
bax. Takt.
Xanəndə >>>
Bu ad adətən muğamat sənətinə kamil surətdə yiyələnmiş nəğməkara aid edilir. Bir qayda olaraq o, xanəndə – sazəndə dəstəsində (üçlük ansamblında) həm də dəfçi vəzifəsini daşıyır.
Xanəndə və sazəndə dəstəsi
Şifahi ənənəli professional musiqinin - muğamın yaradıcıları və ifaçıları olan peşəkar sənətkarlar.
Muğamlar xanəndələr və x.ç.a. ifaçıları tərəfindən ifa olunaraq yaradılır. Xanəndə və sazəndələr – x.ç.a. ifaçıları muğam sənətinin ənənələrini sədaqətlə qoruyaraq sonrakı nəsillərə ötürməklə yanaşı, həm də onları inkişaf etdirir, zənginləşdirirlər. Bax: Muğam, muğam ansamblı, muğam üçlüyü. Ü.Hacıbəyli yazırdı: "Xanəndə və sazəndə dəstəsi əksər ovqat üç nəfərdən ibarət olar ki, onlardan biri oxuyar, təğənni edər, digəri tar və üçüncüsü isə kamança çalar, bu dəstənin əhli bütün muğam və dəstgahları lazımınca bilməlidirlər; baxüsus xanəndə bir çox şeir, qəzəl və təsniflər hifzində saxlamalıdır.
Tarçalan dəxi dəstgahların yollarını yaxşıca bilməlidir ki, xanəndəyə "rəhbər"lik etsin, yəni xanəndə bir guşəni oxuduqdan sonra onun dalınca gələn guşəni çalıb xanəndəni qızışdırsın, kamançaçı isə əksərən tarçalanın dalınca gedir. Xanəndə gözəl səsə malik olub, ustadanə təğənni etməkdən əlavə bir də zərb alətindən olan qavalı da ustalıqla çala bilməyə borcludur ki, rəng və təsniflərə keçdikdə bəhr tuta bilsin".
Xərək
Simli musiqi alətlərində simlərin səslənən hissəsinin uzunluğunu məhdudlaşdıran cihaz. Üst deka ilə simlər arasında yerləşdirilir. Kiçik taxta parçasından ya da mal buynuzu qırığından emal olunur. Xərək simlərin ehtizazını musiqi alətinin çanağına (gövdəsinə) ötürməklə səsi gücləndirir.
Xətt
1. Not sətrini əvəz edən horizontal xətt. Partiturada dəqiq səs yüksəkliyinə malik olmayan zərb alətlərinin partiyası bu cür xəttlər üzərində yazılır və yalnız ritmik şəkil qeyd olunur.
Xətt sistemi
bax: Not sətirləri, Xətt.
Xor >>>
(yunan. choros – yığıncaq, camaat)
1.Vokal musiqinin kollektiv ifası.
2. Xor oxuması üşün təşkil edilmiş musiqi kollektivi – xor kapellası.
3.Xor üçün yazılmış musiqi əsəri.
Xor üçün zəruri sayılan əlamətlər -ansambl, kök, nüanslardan ibarətdir. Xor səslərinin sayına və keyfiyyətinə görə fərqlənir: qadın xoru, kişi xoru, uşaq xoru, qarışıq xor.
Xor dörd səs qrupuna bölünür: soprano, alt, tenor, bas.
Xor oxuması, xor incəsənəti
bax: xor
Xoral >>>
(lat. choralis – xor, cantus choralis – xorla oxuma)
Katolik kilsələrində latın dilində ifa olunan birsəsli oxumalardır. XVI əsrdən alman dilində çoxsəsli protestant xoralı yaranır.
Xoralın əsas xüsusiyyətləri: - ağır temp, az hərəkətli ritm, akkord üslubu. Xoral orqan müşayiəti ilə səslənir.
Xoral müqəddiməsi, xoral prelüdü
Xoral üçün bəstələnmiş instrumental giriş; xoralın melodiyasının kontrapunkt səslərlə müşayiət olunmasına əsaslanır.
Xormeyster
(alman. meister – usta)
Xorun rəhbəridir. Opera xorunun, mahnı və rəqs ansamblının, xor kollektivinin rəhbəri belə adlanır.
Xromatik alətlər
Təkmilləşdirilmiş və mexanizmlə təchiz olunmuş musiqi alətləri.
Xromatik aralıq notlar
Verilmiş tonallıqda iki akkord səslərinin arasında cazibə qüvvəsinin artırılması üçün tətbiq olunan yüksəldilmiş və ya əksildilmiş notlar.
Xromatik intervallar
Tam xromatik səssırasında rast gəlinir; diatonik intervallara nisbətən artırılmış və ya əksildilmiş olur; art. 2, əks. 7 və s.
Xromatik modulyasiya
Modulyasiyanın bir növü: dəqiq adı melodik-xromatik modulyasiya.
Xromatik qamma
Yarımtonlar üzrə yüksələn və ya enən melodik hərəkət; major və ya minor qammasına əsaslanır; diatonik səssırasında bütöv tonların artırılması və əksildilməsi nəticəsində yaranır.
Xromatik qarmon (bayan)
bax: Bayan.
Xromatik yarımton
Ladın hər hansı pilləsi ilə onun dəyişilmiş şəkli arasında əmələ gəlir: məsələn, do-do diyez, si-si bekar. bax: Yarımton.
Xromatizm
(yun. chroma – rəng)
Eyni adlı, lakin müxtəlif yüksəklikdə yerləşən səslərin ardıcıllaşması, yaxud qovuşdurulması. Qədim yunanlar diatonik səssırasının 7 pilləsini göy qurşağındakı 7 rənglə müqayisə edirdilər; yarımtonlar isə əsas rənglərdən yaranan boyalara bənzədilirdi;
Xümasiyyət
ər. - kvinta.