R
Rapsodiya
(yunan. rhapsodia)
1. Qədim Yunanıstanda xalq arasında gəzəri müğənnilər – rapsodlar tərəfindən ifa olunan epik poemalar.
2.Xalq mövzuları əsasında parafraz formasında qurulan virtuoz instrumental pyes.
Real fuqa
Real cavab növündən istifadə olunan fuqa.
Registr
(lat. registrum – siyahı)
Səs diapazonunun eyni tembrə malik müəyyən bir hissəsi.
Registrin növləri: aşağı registr, yuxarı registr, qarışıq registr – mikstr.
Reminissensiya
(lat. reminiscentia – xatirə)
1. Bir musiqi əsərində digər əsərin təsiri altında yaranan və onun cizgilərini xatırladan əlamət.
2.İrihəcmli əsərin ayrı-ayrı hissələrində əvvəldə verilmiş bir mövzunun səslənməsi.
Reçitativ
(ital. reçitative - deklamasiya)
Vokal musiqinin elə bir xüsusi növüdür ki, danışığın, sözün intonasiyası və ritmi cəhətdən təbii nitqə yaxındır.
XVI-XVIII əsrlərdə operanın yaranması ilə əlaqədar meydana gəlmişdir; sonradan digər musiqi janrlarında – oratoriya, kantata, mahnı və s. istifadə olunur.
Refren, nəqərat
(fr. refrain – nəqərat)
1. Rondo formasında təkrarlanan əsas mövzu.
2. Kuplet formasında ikinci hissə - nəqərat.
Rekviyem
(lat. "Requiem, aeternam dona eis, Domine")
Adı latın mətninin ilk cümləsi: "İlahi, onlara əbədi rahatlıq ver" sözlərindən yaranmış, ölənlərin xatirəsinə həsr olunmuş dini matəm messası.
Repertuar
(lat. repertorium - siyahı)
Hər hansı ifaçı, yaxud ifaçı qrupu, teatr truppası tərəfindən ifa olunan əsərlərin toplusudur.
Repriz
(fr. reprise – təkrarlanma, bərpa olunma)
1. Sonata formasında sonuncu əsas bölmə; işlənmə bölməsindən sonra səslənərək, əsas tonallığa qayıdışla şərtlənir; ekspozisiyanın mövzularının əsas tonallıqda səsləndirilməsi üzərində qurulur.
Reprizanın növləri: dəqiq, qısaldılmış, güzgülü repriza və s. 2. Fuqada yekunlaşdırıcı hissənin şərti adı.
3.Üçhissəli və rondo formasında təkrarlanan hissə.
4.Müxtəlif quruluşlu pyeslərdə hər hansı bir bölmənin ikinci dəfə təkrarlanması.
Rezonans
(lat. rezono – hay verirəm, səsə səs verirəm)
Akustik hadisədir; bu zaman vibrator adlanan maddədəki rəqsin titrəyişinin təsiri nəticəsində rezonator adlanan maddədə eyni sürətli rəqslər (titrəyişlər) əmələ gəlir ki, bu da səsin gücünü artırır.
Rezonans dəlikləri
Musiqi alətlərinin gövdəsində yerləşir və səsin təsir gücünün artırılmasına xidmət edir.
Rəng
bax: Azərbaycan musiqi terminləri – rəng.
Rəqəmləmə
Müasir dövrdə akkordların işarələnməsi; akkordun üstündə və ya altında qoyulur:
Rum rəqəmləri ilə akkordun qurulduğu pillənin sıra sayı (I, II, III, IV, V, VI, VII) göstərilir;
Onların sağ tərəfində aşağıda qoyulan kiçik ərəb rəqəmləri akkordun növünü bildirir (5/3 – üçsəslinin əsas şəkli, 6 – sekstakkord, 4/6 – kvartsekstakkord, 7 – septakkordunəsas şəkli, 6/5 – kvintsekstakkord, 4/3 – terskvartakkord, 2 – sekundakkord, 9 -nonakkord);
Rum rəqəminin sağ tərəfində yuxarıda qoyulan kiçik ərəb rəqəmləri akkordun tərkibindəki səsləri göstərir (1 - əsas ton, 3 – tersiya tonu, 5 – kvinta tonu, 7 – septima tonu, 9 – nona tonu).
+ (müsbət) və yaxud – (mənfi) işarəsi səslərin yüksəlib-əksildilməsini, lad alterasiyasını bildirir; kiçik hərflərlə ladın hansı şəklindən istifadə olunduğu göstərilir (n – natural, h – harmonik, m – melodik);
Akkordun harmonik funksiyası böyük hərflərlə qeyd olunur (T – tonika funksiyası, D – dominanta funksiyası, S – subdominanta funksiyası).
± işarəsi alterasiyalı akkordları bildirir.
Riçerkata
(ital. ricercato – incə, zərif)
16-cı əsrdə geniş yayılmış instrumental pyes adı; hər hansı bir mövzunun və onun variantlarının arasıkəsilməz rəngarəng kontrapunk şəkilli inkişafına əsaslanır.
Risposta
(ital. risposta – cavab vermək)
Kanonda ikinci və sonrakı səslər; başlanğıc səsi – propostanı imitasiya edən melodikxətt.
Ritmik fiqur
Ritmin dəfələrlə təkrar olunan xarakterik parçası; adətən, hər bir rəqslərdə ritmik fiqurlar hərəkətləri müşayiət edir.
Ritm
(yunan. rithmos – rəvan axarlı hərəkət)
Musiqidə səslərinin uzunluqlarının aksentlərlə növbələşməsi və qarşılıqlı münasibəti. Hər bir musiqi əsəri özünəməxsus ritmə malik olur. Ritmin ölçüsü - metr və yaxud vəzn adlanır.
Riturnel
(fr. ritournelle, ital. ritorno - döndərmə, təkrarlama)
1. Vokal musiqidə oxumanı çərçivəyə alan və mətnin ayrı-ayrı misraları arasında ifa olunan instrumental musiqi parçaları.
2. Rəqs musiqisində rəqsdən əvvəl verilən və onunla növbələşən instrumental musiqi parçaları. Bax: Azərbaycan musiqi terminləri - rəng.
Romans
(ispan. romanse – roman dilində, yəni ispanca)
1.instrumental müşayiətlə solo səs üçün yazılan lirik mahnı.
2.Kamera – vokal musiqinin əsas janrlarından biri. Romans orta əsrlərdə İspaniyada meydana gəlib, sonra başqa ölkələrə yayılmışdır. Romansın növləri: ballada, elegiya,barkarola.
3. Vokal musiqidən iqtibas olunmuş lirik xarakterli instrumental pyes.
Romantizm
(fran. romantizme)
Avropa ölkələrində (Almaniya, Böyük Britaniya və b.) XVIII əsrin sonu – XIX əsrin əvvəllərində ədəbiyyatda, daha sonra musiqidə təşəkkül tapmış bədii cərəyandır.
Lirikanın üstünlüyü, tənhalıq mövzusuna maraq, insanın daxili aləminin açılması, əsərlərin avtobioqrafik səciyyə daşıması, miniatür formalara meyl – romantik üslubun xarakter cəhətləridir.
Musiqidə Romantizmin ilk nümayəndəsi F.Şubertdir. F.Mendelson, H.Berlioz, F.List, R.Vaqner və b. bəstəkarlar romantizmin nümayəndələridir.
Rondo
(fran. rondeau – dairə)
1.Bir mövzunun müxtəlif epizodlarla növbələşərək dəfələrlə təkrar olunmasına əsaslanan musiqi forması. Təkrar edilən mövzu – refren - ən azı üç dəfə keçməlidir, epizodların sayı ikidən az olmamalıdır. Rondo formasının sxemi belədir: A B A C A
2.Rondo formasında yazılmış pyes. Mənşəyi rəqs musiqisi ilə bağlıdır
Rondo-sonata forması
Özündə sonata və rondo əlamətlərini qovuşduran musiqi forması: sonata formasındaolduğu kimi ekspozisiya və repriza hissələrinə malikdir; rondodakı kimi, əsas mövzu– refren əsas tonallıqda üç dəfə keçirilir.
Sonata silsiləsinin final hissələrində bu formadan iztifadə olunur.
Royal
(fran. royal – kral, şahanə)
Klavişli – simli alət olan fortepianonun əsas növü.