O
Obertonlar
(alm. obertöne – yuxarı tonlar)
Əsas tonun tərkibinə daxil olan əlavə səslənmələrdir ki, bunlar simin, yaxud hava sütununun titrəyişi nəticəsində əmələ gəlir.
Obertonlar əsas tondan yuxarıda səslənir. Titrəyişin tezliyi əsas tonun titrəyiş tezliyindən bir neçə dəfə artıqdır.
Obertonlar səsin və alətin tembrini dəyişir. Bəm səsə dolğunluq yumşaqlıq, yuxarı səslərə cingiltilik, kəskinlik gətirir.
Obliqato
(latın: obligatus – vacib, mütləq)
Orkestrdə və ya ansanblda vacib, dəyişməz, əvəzolunmaz alət. Xalq çalğı alətləri ansamblında və orkestrində tar, kamança bu qəbildəndir.
Oda, mədhiyyə
(yunan. - mahnı)
Təntənəli mədhiyyə xarakterli musiqi pyesidir. Bir şəxsə və ya əlamətdar hadisəyə həsr olunmuş musiqi janrıdır.
Oxşama
Körpə uşaqları sevərək, atıb – tutaraq, onları oxşayaraq oxunan mahnı.
Oxuma, ğina
Vokal oxuma sənəti; musiqi ifaçılığının ən qədim növlərindən biri olub, musiqi əsərininobrazlı-bədii məzmununu müğənni səsi ilə çatdırmaq vərdişlərinə əsaslanır.
Oxuma solo (birsəsli) və ansambl (duet, trio və s.) və xor şəklində olur. Oxuma əsasəninstrumental müşayiətlə səslənir.
Oktava
(lat. octava – səkkizinci)
1. Səkkiz pillə həcmində interval: məs., do¹-do2; re¹-re2 və s. 8 rəqəmi ilə qeyd olunur. Xalis oktava – x8 – səkkiz pillə həcmində altı tona bərabərdir.
2.Bərabər temperasiyalı səssırasının bir hissəsi olub, on iki müxtəlif yüksəklikli səsləri (do-dan si-yə kimi) özündə cəmləşdirir. Oktavaların adı: subkontroktava, kontroktava,böyük oktava, kiçik oktava, birinci oktava, ikinci oktava, üçüncü oktava, dördüncü oktava, beşinci oktava.
3. Bas kişi səsinin xüsusi növü olaraq, ən aşağı səsləri əhatə edir – bas-profundo.
4.Verilmiş pillədən hesablanan səkkizinci pillə.
Oktavaya intiqal
Oktavaya transpozisiya. səslənmənin oktava məsafəsində yuxarı və ya aşağı köçürülməsi.
Oktet
(alm. oktett, lat.octo – səkkiz)
1.Səkkiz ifaçıdan ibarət ansambl.
2.Səkkiz ifaçı üçün, hər birinin xüsusi partiyası olmaqla bəstələnən əsər.
Oktola
Səkkiz notun bir vurğu altında birləşməsindən əmələ gələn ritmik fiqur.
Onaltılıq not
Uzunluq ölçüsünə görə bütöv notdan 16 dəfə kiçik olan not; dörd 16-lıq not bir çərək nota bərabərdir və bir vurğuya ifa olunur.
Opera
(ital. opera – hadisə, əsər)
Orkestrin müşayiətilə səhnədə ifa olunan musiqili dram. Burada aktyorlar musiqi mətnini oxuyurlar və vokal sənəti səhnə ustalığı ilə qovuşdurulur.
Opera libretto əsasında yazılır və pərdələrə, səhnələrə, şəkillərə bölünür.
Operanın əsas tərkib hissələri: ariyalar,reçitativlər, ansambllar, xorlar, baletsəhnələri, uvertüra, simfonik antraktlar
Operetta
(ital. operetta, fran. operette – kiçik opera)
Komik xarakterli musiqili səhnə əsəri.
Operettada vokal musiqi, rəqs, estrada sənəti elementləri ilə aşılanmış balet, xor, danışıq dialoqları vəhdət təşkil edir.
Opus
(lat. opus - əsər)
Ayrı-ayrı musiqi əsərinin işarə olunması; bununla bəstəkarlar yaratdıqları hər bir əsəri ardıcıllıqla nömrələyirlər.
Oratoriya
(lat. oratorium – nitq, bəlağət)
Xor, solist, orkestr üçün yazılmış böyük həcmli musiqi əsəri; epik-dramatik xarakterə və inkişaflı süjetə malikdir.
Oriamentika
(lat. ornamentum – bəzək, zinət)
Əsas melodik xətti bəzəyən nisbətən kiçik uzunluqlu səslər. Ornamentikanın növləri: passajlar, fiqurasiyalar, fiorituralar, tremolo, vibrato və s.
Orkestr
(yunan. orchestra)
Qədim Yunanıstanda teatr tamaşaları zamanı xorun səhnə qarşısındakı yerini bildirən anlayış. Zaman keçdikcə mənasını dəyişmişdir. 1. Müxtəlif alətlərdə çalan musiqiçilərkollektivi; musiqi əsərini birlikdə ifa edirlər.
2. Orkestrin növləri tərkibinə daxil olan alətlər qrupuna, ifaçıların sayına görə fərqlənir:simfonik orkestr (birər tərkibli, ikiqat tərkibli, üçqat tərkibli), kamera orkestri, simli orkestr, nəfəs alətləri orkestri, estrada orkestri, xalq çalğı alətləri orkestri .
3. Teatrda sənhənin qarşısındakı çökəklikdə orkestrin oturduğu yer.
Orkestr səsləri; Çalarlar
Orkestrdə hər bir alətin ayrıca partiyası. Alətlərin səslərinin uzlaşdırılmasından yaranan tembr xüsusiyyətləri.
Orkestrləmə
Orkestrləmə - orkestr üçün nəzərdə tutulmuş əsərin müəyyən olunmuş alətlər üçün tərtibatı. Bax: Orkestr, Partitura.
Orqan
(yun. Organon – alət)
İri həcmli nəfəsli klavişli alət, çoxsaylı borulardan ibarətdir.
Borular müxtəlif registrə uyğun köklənir. Alətin ümumidiapazonu genişdir və bərabər temperasiyalı səssırasını tam əhatə edir.
Müasir orqan mürəkkəb mexanizmə malikdir, elektromotorla hərəkətə gətirilən körüklərdən hava borulara ötürülür. Orqançalan əllə (manuali) və ayaqla (pedal) klavişlərdə çalaraq aləti səsləndirir.
Ostinato
(ital. ostinato - inadlı)
Eyni bir səsin ardıcıl təkrar olunması; Ostinat fiqur – ritmik və ya melodik ifadənin ardıcıl olaraq, dəfələrlə təkrarlanması.
Oyun havası
Xalq rəqslərini müşayiət üçün çalınan musiqi. Melodik quruluşu etibarı ilə azəriməqamları əsasında yaradılan azəri xalq oyun havaları ("Tərəkəmə", "Mirzəyi", "Lalə", "Ceyranı", "Bənövşə", "Vağzalı" və s.) bir qayda olaraq ritmik ardıcıllığa və müəyyən ölçünün (vəznin) daimi surətdə təkrarlanmasına əsaslanır.
Azəri oyun havalarının ritmik çevrəsi bir çox hallarda daxilən ikiqisimli zərblə üçqisimli zərbin ardıcıl surətdə növbələşməsi əsasında təşkil olunur. Yəni əsas etibarilə əksərən 6/8 (ikiqisimli) musiqi ölçüsündə olan eyni oyun havasının ritmik quruluşu 3/4 (üçqisimli) ölçüilə növbələşir. Bu da azəri xalq oyun havalarının orijinallığını və gözəl bir xüsusiyyətini təşkil edir.
Ozan
1. üç simli musiqi aləti. Zahiri görünüşü etibarı ilə qədim tənbur musiqi alətini (cürə sazını) andırır. Sazda olduğu kimi, mizrab əvəzinə təzənə ilə çalınmışdır;
2.ən qədim Azərbaycan aşıqlarının daşıdıqları ad. Ozan da aşıq kimi xalqın professionalnəğməkarı, çalğıçısı, şairi, nağıldeyəni, lazım gəldiyi halda həm də rəqs (xoreoqrafiya) sənətindən də istifadə edərək bir neçə incəsənətin sintezini öz yaradıcılığında təcəssüm və nümayiş etdirən ustadı olmuşdur.