MUSİQİ LÜĞƏTİ


Musiqi mədəniyyətinin bütün suallarının əlifba şəklində düzülüşünün məcmusudur. Terminoloji, avtobioqrafiq, ensiklopedik lüğətlər mövcuddur. 



A B C Ç D E Ə F G H X İ K Q L
M N O Ö P R S Ş T U Ü V Y Z  

 

T

 

Takt

(lat. tactus – təsir, təmas)
Musiqi ölçüsü daxilində bir qüvvətli vurğudan növbəti qüvvətli vurğuya kimi yerləşən və fasiləsiz olaraq təkrarlanan metrik hissə.
Xanələr not yazısında xanə xətti ilə bir-birindən ayrılır. Xanənin quruluşu xanə ölçüsü ilə (metr) ifadə olunur. Xanələrin növləri:
a) sadə xanələr – bir qüvvətli vurğuya malikdir. Məsələn, 2/4,3/4,3/8.
b) mürəkkəb xanələr – iki və daha artıq qüvvətli vurğuya malikdir.Məsələn, 4/4,6/8 və s.

Taktönü

– Birinci xanə xəttinə qədər yazılmış və tam xanə əmələ gətirməyən notlar; adətən xanənin zəif vurğulu hissəsindən başlanan pyeslərdə rast gəlinir.

Tamaşa, quruluş

Opera, balet və s. əsərlərin səhnəyə qoyulması

Tam-tam

(ital. tam-tam)
Zərb musiqi aləti. İri həcmli metal diskdən ibarət olub, səthinə böyük toxmaqla vurularaq çalınır.

Tamburin

(ital. tamburino – kiçik baraban)
Zərb musiqi aləti.

Tanqo

İispan rəqsi.

Tapmacalı kanon

Kanonun bir növü: yalnız bir səs – proposta yazılır, ifaçı imitasiya edən səslərin başlandığı yeri və intervalı özü təyin etməli olur.

Tar

1. Azərbaycan simli dartımlı musiqi aləti.
İranda, Orta Asiyada, Dağıstanda və başqa qonşu ölkələrdə də geniş yayılmışdır. Lakin Azərbaycan tarı öz quruluşu, konstruksiyası etibarı ilə, məsələn, İran tarından xeyli fərqlənir.
XIX əsrin ikinci yarısı Azərbaycan musiqi sənətinin ən görkəmli nümayəndəsi sayılan Mirzə Sadıq Əsəd oğlu tar musiqi alətinin konstruksiyasını elmi – akustik prinsiplər əsasında xeyli dəyişdirdi.
O, tarın səsini gücləndirmək üçün simlərinin sayını artırdı; qolunyuxarısında (kəlləyə yaxın yerdə) əlavə pərdə (zabol pərdəsi) bağladı; tar ifaçılığı texnikasında lal – barmaq adlanan priyomdan geniş istifadə edilməsinə yol açdı; tarı əvvəllərdə olan adət üzrə diz üstünə qoyub əyilərək çalmaq qaydasını aradan qaldırdı və tarı sinə üstünə alıb çalmağı daha münasib, daha yararlı hesab etdi.
2. ərəb ölkələrində: dəf;
3. sim;

Tarantella

İtalyan xalq rəqsi, cəld templi, 3/8 və ya 6/8 ölçülü musiqiyə malikdir. İtaliyada Taranto şəhərinin adı ilə bağlıdır. 19-cu əsrdə geniş yayılmış virtuoz xarakterli pyesin adı.

Tarzən

tar alətinin ifaçısı;
solist və müşayiətçi kimi fəaliyyət göstərən peşəkar musiqiçi.

Tema, mövzu

(yunan. thema – müzakirə və ya danışıq predmeti)
Melodik və forma cəhətdən tamamlanmış, bitkin musiqi fikrini bildirən musiqi qurumu. Kompozisiyanın vacib amili sayılır; musiqi əsərində müəyyən məna, ideya, daşıyıcısıdır; obrazın xarakter xüsusiyyətlərinintəcəssümündə mühüm rol oynayır.

Tembr

(frans. timbre – fərqlənmə, nişan)
Səsin rəngidir. Tembr – obertonların müxtəlif uyğunluğu, uzlaşmasıdır.
Səsin tembri – musiqiyə dərin ifadəlilik verir, musiqinin bədii ifadə vasitələrindən birini təşkil edir.
Vokal ifaçılıqda Tembr mühüm faktor olub, mimika və intonasiya ilə sıx bağlıdır.
İnstrumental musiqidə - hər bir alət özünəməxsus səs tembri ilə fərqlənir.

Temp

(ital. tempo; lat. tempus - vaxt)
Musiqidə zaman vahidindəki payların (hissələrin) sayı ilə müəyyən edilən hərəkət sürətidir. Temp musiqi əsərinin ifasının mütləq sürətini müəyyənləşdirir.
Temp xüsusi italyan terminləri ilə işarə olunur: məs., allegro, andante, tempo di marsia və s.
Əsərin xarakteri, üslubu, janrı müəyyən templə bağlıdır. Metronom vasitəsilə Tempin daha dəqiq təyin edilməsi mümkündür. Tempin doğru təyin edilməsi dirijorun bacarığından, təcrübəsindən, ənənələrə riayət etməsindən asılıdır.

Temperasiya

(lat. temperatio – mütənasib, uyğun)
Müəyyən yüksəkliyə malik səslərin düzülüş sistemi.
Bərabər temperasiya – oktavanın 12 eyni məsafədə (yarımtonlarla) bölgüsünə əsaslanır.

Tenor

Yüksək kişi səsi. Növləri: lirik tenor, dramatik tenor. Diapazon səsi: do1 - si-bemol.



Terset

(alm. Terzett, lat. tertius - üçüncü)
1.Üç ifaçıdan ibarət vokal ansambl.
2. Vokal ansambl üçün yazılmış əsər. bax: Trio.

Tersiya

(lat. tertia - üçüncü)
1. Üç pillə məsafəsində interval. 3 rəqəmi ilə işarə olunur.
Kiçik tersiya – k3: həcmi 1½ tona bərabərdir;
Böyük tersiya – b3: həcmi 2 tona bərabərdir.
Artırılmış tersiya – art.3: həcmi 2½ tona bərabərdir.
Əksildilmiş tersiya - əks.3: həcmi 1 tona bərabərdir.
2. Verilmiş səsdən sonra üçüncü pillə

Tessitura

(ital. tessitura – məğz)
Səs diapazonuna daxil olan səslərin konkret əsərdə işlənilməsidir.
Tessituranın növləri bunlardır:
- yuxarı tessitura – səs diapazonunun yuxarı səsləri;
- orta tessitura – səslənmə üçün olduqca rahat bir hissə;
- aşağı tessitura – səs diapazonunun aşağı notları.

Tetraxord

(yun. tetra – dörd, chorde - sim)
Səssırasının yanaşı düzülmüş dörd pilləsi. Ladın alt tetraxordu - I, II, III, IV pillələrini, üst tetraxordu – V, VI, VII, VIII pillələrini əhatə edir.

Təhlil

(yunan: analisis – hissələrə ayırmaq)
Musiqişünaslıqda musiqi əsərlərində estetik və texnoloji tədqiqatın qəbul olunmuş adı. Musiqi əsərlərinin quruluşunu öyrənən musiqili-nəzəri qayda-qanunlar. Musiqişünaslıqda musiqi əsərinə xüsusi bir incəsənət sistemi kimi baxılır. Bu sistem özündə ayrı-ayrı musiqi-elementlərini birləşdirir. Bütün bu elementlər (melodiya, harmoniya, kontrapunkt və s.) özü ayrı-ayrılıqda xüsusi təhlil materialı (harmonik, polifonik, ritmik təhlil) ola bilər. Musiqili təhlili əsərin bütün cəhətlərini, sahələrini və onların əlaqələrini öyrənir (səs, intonasiya, bəstəkar üslubu). Əsər forma, nəzəri və tarixi rakurs, obyektiv öyrənilmə və estetik qiymətlər, bədii forma kimi, bəstəkar üslubu baxımından, ifaçılıq təfsiri baxımından, dinləyiciyə təsiri baxımından öyrənilir.
Vokal musiqisinin təhlili zamanı isə həmçinin mətnin musiqi ilə əlaqələndirilməsi əsas şərtlərdən biri kimi araşdırılır. Şifahi ənənəli xalq və professional musiqinin təhlili də bu qaydaya müvafiq aparılır. Fənn kimi musiqi təhlili özündə əsərin ümumi bəstəkarlıq məntiqi, musiqi formalarının tarixi növləri və ayrı-ayrı musiqi–ifadə vasitələrinin, musiqi janrı və üslubunun tarixi-mədəni kontekstdən öyrənilməsi kimi məsələləri cəmləşdirir. Muğamların müxtəlif aspektlərdən öyrənilməsi və təhlili ilə müxtəlif dövrlərdə bir sıra Azərbaycan və xarici ölkə musiqişünas-alimləri məşğul olmuşlar.

Təkrarlama işarələri

Musiqi əsərinin not yazısında istifadə olunan və onun bütünlüklə və ya müəyyən hissələrinin təkrarlanmasını bildirən işarələr: repriza (://:), volta (1.-2.), Da capo və s.

Təqti

Təqti etmək, təqtiləşdirmək. Taktın – xanənin hər bir qismini hər hansı bir hərəkətlə qeyd etmək.

Tənasüb, nisbət

- musiqidə ifadə vasitələrinin - səslərin, akkordların, tonallıqların, formanın hissələrinin və s. qarşılıqlı əlaqəsini nəzərdə tutan termin.

Təranə

Melodiya, mahnı, nəğmə.

Tərəkəmə
Azərbaycan xalq oyun havası. Adından da məlum olduğu üzrə, tərəkəmə azəri köçəri maldarlarının bayram şənliklərində, toy – büsatında ifa etdikləri rəqsləri müşayiət edəndiringilərdən biridir; segah muğamı kökündə olan oyun havasıdır.
Ü.Hacıbəyov "Arşın mal alan" musiqili komediyasının üçüncü pərdəsində Asyanın rəqsi üçün tərəkəmə oyun havasından istifadə etmişdir.
Ə.Bədəlbəylinin "Qız qalası" baletində birinci pərdənin müqəddiməsi "Qars" və tərəkəmə oyun havalarının həmsaz səslənən sədaları ilə başlanır.

Tərmin

– musiqi ifaçılığında müəyyən vərdişləri əxz etmək üçün istifadə olunan çalışmalar.

Tokkata

(ital. toccata, toccare sözündən - toxunmaq)
İlkin mənada klavişli musiqi alətləri üçün yazılmış hər hansı əsər. Müasir mənada – cəld templi, bərabər uzunluqlu dəqiq metroritmli hərəkətə əsaslanan pyes.

Ton

(yun. tonos – gərginlik, vurğu)
1. Müəyyən yüksəkliyə malik səs;
2.Bərabər-temperasiyalı səssırasında iki səsin yüksəklik münasibəti; iki yarımtona bərabər ton – bütöv ton.
3.köhnəlmiş mənada – lad.
4.Akkordun səsi: əsas ton, tersiya tonu, kvinta tonu, septima tonu, nona.



Tonallıq

Müəyyən bir ladın tonikasının adı; adətən tonallıq dedikdə eynivaxtda lad və tonika, yəni ladtonallıq nəzərdə tutulur: məs., do minor, A-dur və s.
Hər bir tonallıq öz açar işarələri ilə fərqlənir, yəni səslərin tərkibini müəyyənləşdirən alterasiya işarələrinə malikdir.
Major-minor sisteminin və diatonik melodik ladların tonallıqları diyez və bemol işarəli olur. Açar işarələrinin artan qaydada düzülüşü cədvəli daimi və dəyişməzdir; bax: Kvarta-kvinta dairəsi.

Tonallıqların yaxınlığı

Tonallıqların qohumluq dərəcəsi; ümumi akkordların sayına və əhəmiyyətinə görə təyin olunan iki tonallıq arasındakı qarşılıqlı münasibət.
Üç səviyyədə özünü göstərir:
1-ci səviyyəyə tonika üçsəslikləri ümumi akkordlar sırasına daxil olan tonallıqlar aiddir; məs., Do major-Sol major. 1-ci dərəcəli qohumluq səviyyəsində
-hər bir major tonallığının 6 qohum tonallığı var (2 major və 4 minor) - II, III, IV, IVh, V və VI pillələrdə qurulan üçsəsliklər müvafiq tonallıqların tonika üçsəslisidir;
-hər bir minor tonallığının 6 qohum tonallığı var - III, IV, Vn, Vh, VI və VIIn pillələrdə qurulan üçsəsliklər müvafiq tonallıqların tonika üçsəslisidir; 2-ci səviyyədə tonallıqlar arasında ən azı bir ümumi üçsəslik olur (tonika üçsəsliyi olmaya bilər).
3-cü səviyyədə tonallıqlar arasında heç bir ümumi üçsəslik olmur. Tonallıqların yaxınlığı, onların qohumluq dərəcəsi modulyasiya imkanlarını və onların xarakterini üzə çıxarır.

Tonika

Ladın sabit, baş pilləsi olub, digər pillələri öz ətrafında cəmləşdirir.Qısa yazılış şəkli: T

Tonika funksiyası

Major-minor lad sistemində I pillədən qurulan üçsəslinin funksiyası; ladın ən sabit akkordudur; T hərfi ilə işarə olunur. Dominanta funksiyasının akkordları Tonika funksiyasına aid akkorda həll olur; eyni zamanda, bu funksiya harmonik hərəkəti yekunlaşdırmaq imkanına malikdir

Transkripsiya

Orijinalda bir ifaçı tərkibi üçün (məsələn, orkestr üçün) yazılmış əsərlərin sərbəst şəkildə başqa bir ifaçı tərkibi üçün (məsələn, fortepiano) işlənilməsi.Bax: Arranje etmək; Fantaziya; Parafraz.

Transpozisiyalı alətlər

Not yazısında olduğu kimi yox, bundan müəyyən interval məsafəsində yuxarı və ya aşağı səslənən alətlər. Bir alətlər fəsiləsinə aid müxtəlif növlü alətlərin səslənməsinə görə fərqləndirilməsi. Məsələn, klarnet in-A partiyasında yazılan do (c) notu kiçik tersiya aşağı lya (a) kimi səslənir.

Transpozisiya (intiqal)

Musiqi əsərinin olduğu kimi müəyyən məsafədə yuxarı və ya aşağı köçürülməsi.

Trel

(ital. trillare – cingildətmək)
Melizm növü; yazılan notla onun yanındakı pillənin tez və çoxsaylı təkrarlanmasına əsaslanır. Notun üstündə tr kimi işarə olunur.

Tremolo

(ital. tremolo – titrəyən)
1. Eyni bir səsin cəldliklə təkrarlanması; bəzən bir neçə alətdə birlikdə də tətbiq olunur. 2.İki qonşu olmayan səslərin və ya səs birləşməsinin növbələşərək səsləndirilməsi.

Trepak

(rus. тропать – tappıldatmaq, ayaq döymək )
qədim rus xalq rəqsi, gümrah xarakterli, ikiqismli ölşüdə olur.

Trilogiya

Bir mövzuya həsr olunmuş üç müstəqil və tamamlanmış hissədən ibarət əsər.

Trio

(ital. trio, tre – üç sözündən)
1. Üç ifaçıdan ibarət ansambl; vokal musiqidə - terset.
2. Üç ifaçı üçün nəzərdə tutulan, hər birinin ayrıca partiyası olan musiqi əsəri. Bax: Fortepiano triosu.
3. Üçhissəli formada yazılmış marş, vals, menuet, skerso kimi musiqi əsərlərində orta bölmənin adı. Qədim dövrlərdə instrumental musiqi əsərlərində kənar hissələr orkestr tərəfindən, orta bölmə isə kontrast səslənmə yaratmaq üçün üç ifaçı tərəfindən ifa olunduğuna görə belə adlandırılırdı.

Triol

(lat. tres - üç)
Üç notdan ibarət xüsusi ritmik fiqur; uzunluğuna görə iki eyni şəkilli nota bərabərdir.

Triton

(ital. tritono – üç tondan ibarət)
1. Artırılmış kvarta intervalı – 4 pilləni əhatə edən, üç tona bərabər interval; intervalın xüsusi növü kimi diatonik səssırasında özünü göstərir. Xromatik interval kimi əksildilmiş kvintaya bərabərdir.
2. Əksildilmiş kvinta intervalı – 5 pilləni əhatə edən, üç tona bərabər interval. Artırılmış kvartanın dönməsi

Trixord

(yunan. treis – üç, chorde - sim)
Üç pillədən ibarət diatonik səssırası, adətən, tersiya və ya kvarta intervalı həcmində olur.

Trombon

(ital.trombone – böyük truba)
16-cı əsrdə meydana gəlmiş mis nəfəsli alət. Simfonik orkestrlərdə mis nəfəsli alətlər qrupunun tərkibinə daxildir. Bax: Simfonik orkestr, Partitura.

Truba (boru)

(ital. tromba)
Mis nəfəsli alət. Qədim dövrdə natural alət olmuşdur, 19-cu əsrdə alətin ventil mexanizminə malik xromatik növü meydana gəlmişdir.

Tuba

(ital., lat. tuba - truba)
Mis nəfəsli alət. Registrinə görə ən aşağı, qalın səsli alətdir.

Tulum

Qədim dövrlərdə yaranmış xalq nəfəsli musiqi aləti.
Müxtəlif ölkələrdə rast gəlinir: volınka – rus; duda – ukrayna, belorus; qudastviri – gürcü; sarnay – çuvaş; koza – polyak; dudı – çex; piffero – italyan; qayda – türk, bolqar; kornemyuz – fransız; zakpfeyfe – alman; baqpayn – ingilis.

Tuş

Təntənəli xarakterli musiqili salamlama. Adətən təntənəli mərasimlərdə ifa olunur.

Tuşe

Simli alətlərdə istifadə olunan ifaçılıq üsulu.

Tütək

Üfləmə ağac musiqi aləti. Qarğı ya içi boş çubuqdan hazırlanır. Quş dimdiyi tərzində olan bir ucuna ağacdan yonulmuş tıxac nəsb olunur.
Tütəyin qabaq (üst) tərəfində 7 dəlik açılır ki, bunların qapanıb açılması ilə də səslərin ucalığı dəyişilir. Bir dəlik də tütəyin dal (alt) tərəfində olur.
Tütəyin səsdüzümü diatonik, diapazonu isə bir oktavahəcmindədir.
Tütək əsas etibarı ilə çobanların daha çox çaldıqları musiqi alətidir. Tütəyin sədasına alışmış mal – qara və qoyun sürüsü otlağa yönəlir, suvarılmağa gedir və toran qarışan zaman kəndə qayıdır.

Yuxarı
responsive website builder by Mobirise 1.7.1