Ç
Çərək not
Səslənmə uzunluğuna görə bütöv notdan dörddə birinə bərabər olan not; orta tempdə bir say hesabı ilə ölçülür; iki səkkizlik nota və ya müvafiq olaraq dörd onaltılıq nota bərabərdir.
Çakona
(ital. ciaccona; fr. chaconne) Polifonik variasiyalar formasında instrumental pyes; dəyişməz harmonik əsasa və ya basso ostinato formasına malikdir. Qədim ispan rəqsindən törəmişdir
Çatdırıcı ton
1.Tonikanın əvvəlində yerləşən pillələr: II pillə və III pillə.
2.Dar mənadan tonikadan kiçik sekunda aşağıda yerləşən və melodik cəhətdən böyük cazibə qüvvəsilə tonikaya çatdırılan ton (başqa sözlə, aparıcı ton).
Çərək pauza
Uzunluğuna görə çərək nota bərabər olan pauza.
Çarpazlıq
Harmoniyada yanaşı yerləşən akkordlarda eyni bir səsin müxtəlif işarələrlə verilməsindən yaranan üsul; kəskin və xaruc səslənmə əmələ gətirir.
Çardaş
(mac. csardas, csarda – meyxana, xərabat)
Macar xalq rəqsi; iki hissədən, yavaş tempdə melanxolik girişdən və dəqiq ritmik əsasa malik, tez templi, oynaq xarakterli əsas hissədən ibarətdir. Giriş hissədə kişilərin rəqsi, əsas hissədə isə cütlüklərin rəqsi verilir.
Çalğı alətlləri fəsiləsi
Eyni quruluşa və səs çıxartma prinsipinə malik, lakin ölçüsünə görə fərqlənən alətlər qrupu; bu tip alətlər oxşar tembrli olsa da, səssıraları müxtəlif registri əhatə edir.
Məs., fleyta, hoboy, klarnet, faqot və s. alətlər fəsiləsi vardır.
Çastuşki
( tez – tez (təkrar olunan)
Rus xalq mahnısının bir növü; oynaq rəqsvari ritmə malik olub, bir kupletin müxtəlif mətnlərlə təkrarlanmasına əsaslanır. Qarmon və ya balalayka alətinin müşayiəti ilə oxunur. Mətnləri çox rəngarəngdir – ictimai – siyasi, lirik, satirik mövzuları əhatə edir.
Çelesta
(ital. celesta – səmavi)
19-cu əsrdə yaranmış klavişli-zərbli alət; kiçik ölcülü pianoya oxşayır.
Çoxsəslilik
Eyni vaxtda müxtəlif yüksəkliyə malik səslərin birləşdirilməsindən əmələ gələn musiqi quruluşu.