S
Sağ-sol
Dartımlı simli musiqi alətlərində (tar, saz və s.) hər notun ardıcıl surətdə nisbətən tələsmədən növbə ilə üst mizrab (bax) və tərs (alt) mizrab (bax) ştrixlərinin təkrarlanması yolu ilə səsləndirilməsi (detaşe); sağ – sol ştrixi narın və sürətli işlədildikdə tremolo mahiyyətini kəsb etmiş olur.
Saksofon
Dilçəkli nəfəs aləti; konus şəkilli gövdəsi var, quruluşuna və səsçıxarma imkanlarına görə klarnetə yaxındır. 1841-ci ildə belçikalı ixtiraçı A. Saks tərəfindən düzəldilmişdir. Nəfəsli və estrada orkestrlərində istifadə olunur.
Santur
Simli, zərbli musiqi aləti.
Zahiri görünüşü bir qədər qanon (bax) musiqi alətiniandırır. Konstruksiyası etibarı ilə də qanon ilə ümumi cəhətləri var. Santurun da qanonda olduğu kimi, bir tərəfdən xərəyi bükülüb açılır və beləliklə, üzərində duran simin uzunluğu dəyişilmiş olur; santurun ayrı – ayrı səs ucalığında olan simləri tək, qoşa, ya da içəri qoşulur.
Santur iki yüngül, zərif yonulmuş kiçik çubuğun simlərə vurulması ilə səsləndirilir. Santur vaxtilə Azərbaycanda çox geniş intişar tapmışdı. Sonralar tədriclə öz mövqeyini itirmişdir
Sapma, sapınma
Yönəlmə, bitməmiş modulyasiya: əsas tonallıqdan köməkçi tonallığa ötəri keçid və əvvəlki əsas tonallığa qayıdış.
Sayaçı
Çoban mahnısı, həm də kəndli oyun havası formalarından biri.
Sayt, veb – sayt
(ingilis: website; web-hörümçək toru və site- «yer»)
Bir və ya bir neçə veb səhifənin cəmi. İnternetdə http/https protokolları vasitəsilə əldə olunur. Saytın səhifələri ümumi ünvanla birləşdirilir. Adətən bir mövzuya, məntiqi struktura və tərtibata malik olur. Bütün saytların toplusu dünya internet şəbəkəsində toplanıb. Dünyada ilk sayt 1991 ildə avqustun 6-da Tim Berners-Li tərəfindən yaradılıb. Müxtəlif mövzularda saytlar mövcuddur. O cümlədən muğam və xalq musiqisi ilə bağlı saytlar yaradılmışdır. bax:«Musiqiçinin elektron kitabxanası», «İzahlı monoqrafik musiqi lüğəti» və s.
Saz
Azərbaycan dartımlı simli xalq musiqi aləti. Çanağı iki yerə bölünmüş armudun bir hissəsi biçimində, qolu uzun olur. Qoluna 10-14 pərdə bağlanır. əsas pərdələrdən hərəsinin öz adı var: baş pərdə, orta pərdə, şah pərdə, yastı pərdə, ayaq pərdə və beçə pərdə.
Saza 8-10 sim qoşulur. Bu simlərin köklənmə prinsipi çox maraqlı və orijinaldır. Köklənmə cəhətincə saz simlərini üç əsas qrupa ayırmaq olar. Bunlardan birinci qrupa aid olunan üç sim eyni ucalıqda (unison) köklənir (birinci oktavanın re notu); ikinci qrupu təşkil edən qoşa sim birinci qrupdan birkvinta aşağı köklənir (ikinci oktavanın sol notu) və nəhayət, üçüncü qrupa mənsub olan üç sim isə ikinci qrup simlərindən bir kvinta yuxarı köklənir (birinci oktavanın do notu).
Sazın simlərini səsləndirmək üçün tar mizrabına nisbətən daha elastik və daha yumşaq bir cisim lazım gəlir ki, bunun üçün də gilənar (albalı) ağacının qabığı olduqca münasib və yararlıdır (bax: Təzənə).
Sazçı çalğı zamanı simlərin eyni zamanda hamısını vurur. Bu isə ifa olunan əsas melodik xətt üçün kvarta – kvinta səslərindən ibarət daimi surətdə səslənən harmonik fn yaratmış olur.
Sazın tembri çox məlahətlidirş Sazın ürəklərə yol açan səsini hələ orta əsrlər klassik şairlərimiz öz əsərlərində dəfələrlə vəsf etmişlər. Saz əsrlərdən bəri aşıq yaradıcılığının əsas musiqi aləti kimi səslənməkdədir.
Sazəndə
Musiqiçi, musiqi alətində çalan, çalğıçı.
Sakshornlar
Geniş menzuralı müştüklü nəfəs alətləri ailəsi. Eyni konstruksiya malik alətlər olub, ixtiraçı A. Saksın adı ilə bağlıdır.
Salam marşı
Marş musiqisinin bir növü.
Sarabanda
(ispan. zarabanda)
Qədim ispan rəqsi. 16-cı əsrdə saray dairələrində geniş yayılmışdır. Ağır tempdə, üçqismli ölçüdə, təntənəli yürüş xarakterli musiqiyə malikdir.
Seksta
(lat. sexta - altıncı)
1. Altı pillə məsafəsində interval. 6 rəqəmi ilə işarə olunur. Kiçik seksta – k6: həcmi 4 tona bərabərdir; Böyük seksta – b6: həcmi 4½ tona bərabərdir. Artırılmış seksta – art.6: həcmi 5 tona bərabərdir. Əksildilmiş seksta - əks.6: həcmi 3½ tona bərabərdir.
2. Verilmiş səsdən sonra altıncı pillə.
Sekstakkord
Üçsəslinin birinci dönməsi; tersiya tonu aşağıda yerləşən akkord.
Sekstet
(alman. Sextett, lat. sextus - altıncı)
1. Altı ifaçıdan ibarət ansambl.
2. Altı ifaçı üçün bəstələnmiş və hər ifaçının xüsusi partiyası olan əsər.
Sekstol
(lat. sextus – altıncı)
Altı notdan ibarət xüsusi ritmik fiqur olub, səslənmə uzunluğuna görə eyni şəkilli dörd nota bərabərdir.
Sekunda
(lat. secunda - ikinci)
1. İki pillə məsafəsində interval. 2 rəqəmi ilə işarə olunur. Kiçik sekunda – k2: həcmi ½ tona bərabərdir. Böyük sekunda – b2: həcmi 1 tona bərabərdir. Artırılmış sekunda – art.2: həcmi 1½ tona bərabərdir. Əksildilmiş sekunda - əks.2: həcmi 0 tona bərabərdir.
2. Verilmiş səsdən sonra ikinci pillə.
Sekundakkord
Septakkordun üçüncü dönməsi; septima tonu basda yerləşən akkord. Səs tərkibi aşağı səsdən başlayaraq, sekunda, kvarta, seksta intervallarından ibarətdir.
Sekvensiya
(lat. sequento – ardınca gələn, izləyən)
1.harmoniya təlimində melodik parça və ya harmonik dönmənin yeni yüksəklikdə təkrarlanmasıdır.
2.Orta əsr monodiyasının janrlarından biri; ən məşhur S. nümunələri – "Dies irae", "Stabat mater" – orta əsrlərdə oxunan katolik nəğmələridir.
Sekvensiyasayağı
Sekvensiya halqalarının zəncirvari xəttli hərəkətinə əsaslanan inkişaf üsulu; başqa sözlə, sekvensiya tipli hərəkət.
Semeyoqrafiya
(yunan. sema – işarə, graphe – yazmaq)
İşarələrlə yazmaq mənasını verir, başqa sözlə – not yazısı.
Senzura
(lat. caesura – bölgü)
Musiqi əsərində tamamlanmış hissələri və ya frazaları bir – birindən ayıran kiçikpauza<>/a; ifa zamanı nəfəs dərməni xatırladır.
Senzuranın yeri adətən ifaçı tərəfindən müəyyən olunur, bəzən bəstəkar tərəfindən not sətrinin üzərində V və ya , işarələri ilə göstərilir.
Septakkord
Dörd səsdən ibarət tersiya quruluşlu akkord. Tərkibində səslərin düzülüş ardıcıllığı: 1- əsas ton, 3- tersiya tonu, 5- kvinta tonu, 7- septima tonu.
Əsas və septima tonları arasında əmələ gələn septima intervalının keyfiyyətinə görə (böyük, kiçik, əksildilmiş) aşağıdakı növlərə bölünür:
Böyük septakkordlar.
Kiçik septakkordlar.
Əksildilmiş septakkord.
Major və minor ladlarının pillələri üzərində müxtəlif növlü septakkordlar qurulur.
Septet
(alman. Septett, lat. septem - yeddi)
1. Yeddi ifaçıdan ibarət ansambl.
2. Yeddi ifaçı üçün bəstələnmiş və hər ifaçının xüsusi partiyası olan əsər.
Septima
(lat. septima - yeddinci)
1. Yeddi pillə məsafəsində interval. 7 rəqəmi ilə işarə olunur.
Kiçik septima – k7: həcmi 5 tona bərabərdir;
Böyük septima – b7: həcmi 5½ tona bərabərdir.
Əksildilmiş septima - əks.7: həcmi 4½ tona bərabərdir.
2. Verilmiş səsdən sonra yeddinci pillə.
Septol
(lat. septem – yeddinci)
Yeddi notdan ibarət xüsusi ritmik fiqur olub, səslənmə uzunluğuna görə eyni şəkilli dörd nota bərabərdir.
Serenada
(ital. serenata – axşam mahnısı)
Qadına müraciətlə oxunan məhəbbət mahnısıdır. Müğənni, adətən, lütnya,mandolina, yaxud gitarada özünü müşayiət edərək oxuyurdu.
İtaliyada, İspaniyada və b. ölkələrdə xalq məişətində geniş yayılmışdır. Sonralar vokal və instrumental musiqi yaradıcılığına bir janr kimi daxil olmuşdur.
Səkkizlik not
Səslənmə müddətinə - uzunluğuna görə bütöv notdan səkkiz dəfə kiçik olan not (və ya bütöv notun səkkizdə bir hissəsinə bərabər uzunluq). İki səkkizlik not bir çərək nota bərabərdir.
Səkkizlik pauza
Uzunluğuna səkkizlik nota bərabər olan pauza.
Sərbəst forma
Musiqi əsərinin ümumqəbulolunmuş tipik formalara uyğun olmayan sərbəst quruluşlu kompozisiyası.
Sərbəst səpki (üslub)
1. Polifoniyanın bir üslubu; ciddi üslubdan fərqli olaraq, harmonik funksiyalara əsaslanır, dissonansların ardıcıl tətbiqi, axıcı diatonik səs hərəkəti, rəvan ritm, səslənmənin və melodik hərəkətin ümumi tarazlığı pozulur. 17-ci əsrdən başlayaraq, müasir dövrə kimi bir sıra bəstəkarların və bəstəkarlıq məktəblərinin üslubunu xarakterizə edən termindir.
2.Polifoniya və ya kontrapunkt fənninin bir bölməsi.
Səs
1.Musiqi fakturasını təşkil edən hər bir melodik xətt.
2.Müğənni səsi.
Səs dəlikləri
Nəfəsli musiqi alətlərinin gövdəsində müəyyən səs sırası əldə etmək məqsədilə açılan dairəvi dəlik.
Səs hərəkəti
Birlikdə səslənərək musiqi toxumasını təşkil edən səslərin melodik hərəkətidir.
Polifonik əsərlərdə Səs Hərəkətinin əsas məqsədi hər səsin müstəqil səslənməsidir. Homofonik əsərlərdə köməkçi səslərin əsas səslərə tabe olmasıdır.
Səs sistemi
Ciddi surətdə bir-birilə qarşılıqlı əlaqədə olan müəyyən yüksəklikdə səslərin ardıcıldüzülüşü.
Səsaltı
1.Musiqidə əsas mətnin variantları;
2.Yuxarıdakı əlavə səslərin aşağıda səslənən melodiyaya zidd olması;
3.Bir səsdə davam edən səslərin o biri səslərə qarşı olmasıdır.
4.Səsaltı düzümü polifoniyanın növlərindən biridir, adətən, xalq xorlarında geniş istifadə olunur.
Səsdüzümü
Səslərin yüksəkliyinə görə ardıcıl düzülmüş sırası. Səsləri qavramaq və öyrənmək üçün onların ilkin sadə sistemləşdirilməsi.
Səsdüzümünün növləri:
a) ayrı-ayrı alətlərin və ya müğənni səsinin ifaçılıq üçün əlverişli olan bütün səslərini əhatə edən səsdüzümü;
b) hər hansı musiqi əsərində, onun hissələrində və ya elementlərində (melodiya və s.) istifadə olunan səsləri əhatə edən səsdüzümü;
c) bütöv musiqi sistemlərinin məcmusunu əks tdirən səsdüzümləri (bərabərtemperasiyalı səsdüzümü).
Səsyazma
Musiqi ifasının texniki vasitələrlə cihazlara köçürülməsi: qrammofon valı, maqnitofon lenti, CD-DVD kimi səsyazma vasitələrindən istifadə olunur.
Si bemol
1.Musiqi səslərindən birinin hecalı adı.
2. Transpozisiyalı alətləri birləşdirən səs quruluşu (in–B).
3.Yeddi notdan biridir.
Si bemol minor
Açarda beş bemol işarəsi olan minor tonallığı.
Si minor
Açarda iki diyez işarəsi olan minor tonallığı.
Silsilə formalar
(yun. kyklos – dairə, dairəvi)
Musiqi əsərinin quruluş forması olub bir neçə tamamlanmış, müxtəlif xarakterli vətempli hissələrdən ibarətdir; bu hissələr daxili vəhdət və kontrast prinsipinə əsaslananraq ardıcıllaşır.
Silsilə formalara süita, sonata silsiləsi aiddir; XVIII əsrin II yarısından sonatalar,simfoniyalar, instrumental konsertlər instrumental ansambllar bu formada yazılır.
Sim
Musiqi alətlərinin üzərinə çəkilən, ehtizaza gətirilən zaman müəyyən yüksəklikli səslər əmələ gətirən möhkəm ip. Simlər damardan (heyvan damarından və ya bağırsağından), ipəkdən, metaldan hazırlanaraq, sadə və ya burulmuş (kanitelli) olur.
Simbal
(yunan. kymbalon - kimbal)
Çoxsimli alət; gövdəsi üzərinə simlər çəkilmiş trapesiya şəkilli qutudan ibarət olub, taxta çubuqlarla çalınır.
Simfonietta
(ital. Sinfonietta – sinfonia sözünün kiçik forması)
Kiçik həcmli, qısaldılmış masştablı simfoniya
Simfonik fantaziya
Poetik süjet əsasında yazılmış proqramlı birhissəli əsər.
Simfonik lövhə
Təsviri proqramlı xarakterli bir hissəli simfonik əsər; proqramlı musiqinin əsas növlərindən biri.
Simfonik löhvə sonata və üçhissəli formada yazıla bilər, lakin sərbəst quruluş onun üçün daha xarakterikdir.
Simfonik muğam
Azərbaycan musiqisinin bir janrı. 1948 ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. F.Əmirovun muğamların musiqi materialına və kompozisiya xüsusiyyətlərinə əsaslanaraq yazdığı "Şur" və "Kürd-Ovşarı" simfonik əsərləri ilə Azərbaycan simfonik musiqisində bu janrın bünövrəsi qoyulmuşdur. Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan tədrici ardıcıl yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur. Bir çox Azərbaycan bəstəkarları bu janra müraciət etmişlər. Niyazi "Rast", S.Ələsgərov "Bayatı-Şiraz", F.Əmirov "Gülüstan Bayatı-Şiraz",T.Bakıxanov "Hümayun", "Nəva", "Rahab" və s. simfonik muğamlarını yaratmışlar.
Simfonik orkestr
Bir neçə müxtəlif alətlər qrupundan – skripka, nəfəsli, zərb alətləri ailəsindən təşkil olunmuş orkestr. Alətlərin bu cür birləşməsi Avropada XVIII əsrin ortalarında meydana gəlmişdir.
Simfonik orkestrin tərkibinə simli alətlər qrupu, ağac nəfəsli və mis nəfəsli alətlər qrupu, zərb alətləri qrupu daxildir.
Hal – hazırda tərkibindəki alətlərin müxtəlif növlərinə görə kiçik Simfonik orkestr, böyük Simfonik orkestrlər vardır. Həmçinin ikiqat və üçqat tərkibli orkestrlər təşkil olunur.
Simfonik poema
Lirik və ya dramatik məzmunlu, rəvayət xarakterli birhissəli proqramlı simfonik əsər. Adətən sərbəst formada qurulur.
Simfoniya
(yun. symphonia – ahəngdar, həmsaz, həmavaz)
Müasir mənada sonata silsiləsi formasında yazılmış orkestr üçün əsər.
Simfoniya XVIII əsrdə Avropa ölkələrində instrumental musiqinin təkamülü nəticəsində meydana gəlmişdir.
Simfoniya adətən dörd hissədən ibarət olur:
birinci hissə – dramatik xarakterli, sonata formasında olur;
ikinci hissə – (şərti olaraq andante adlandırılır) ağır templi, lirik xarakterlidir,üçhissəli formada, sonata və ya variasiya formasında yazılır;
üçüncü hissə – menuet və ya skerso olur – cəld templi, dəqiq ritmli, rəqs xarakterlimusiqi məzmununa malikdir, üçhissəli (təzadlı orta bölmə – trio) formadadır;
dördüncü hissə – final coşğun, bayram əhval – ruhiyyəlidir, rondo, variasiya və ya sonata formasında olur.
Bəzi bəstəkarların yaradıcılığında beş, altı və yeddi hissəli Simfoniya, bəzən bir hissəli Simfoniyaya rast gəlinir.
Simli alətlər
Üzərinə sim çəkilmiş alətlər; səsçıxartma üsullarına görə dartımlı, kamanlı, zərbli vəklavişli alətlərə bölünür.
Simli kvartet
1. Dörd ədəd simli-kamanlı musiqi alətindən ibarət ansambl. Tərkibi: birinci və ikinci skripka, viola, violonçel. Geniş ifaçılıq imkanlarına malik bu ansambl 18-ci əsrin ortalarında yaranmışdır.
2. Sonata silsiləsi formasında dörd simli alətdən ibarət ansambl üçün yazılmış əsər.
3. Simfonik orkestrdə simli qrupda violonçel və kontrabas ümumi partiyaya malik olarsa, belə adlandırılır.
Simli kvintet
1. beş ədəd simli-kamanlı alətdən ibarət ansambl. Tərkibi: a) iki skripka, ikiviola, violonçel; b) iki skripka, viola, iki violonçel.
2. beş alətdən ibarət simli ansambl üçün yazılmış pyes.
3. Simfonik orkestrin simli qrupun tam tərkibi (birinci və ikinci skripkalar, altlar (violalar), violonçellər, kontrabaslar) belə adlandırılır.
Simli trio
1. Skripka, viola və violonçeldən ibarət ansambl.
2.Üç simli alətdən ibarət ansambl üçün yazılmış pyes.
Simsaxlayan
Simli musiqi alətlərində simlərin uclarının birləşdirildiyi detal.
Simmetrik xanələr
Bir – birindən bərabər zaman məsafəsində yerləşən vurğulu hissələrdən ibarət xanələr. Başqa mənada, eyni ölçülü bir neçə sadə xanədən təşkil olunmuş mürəkkəb xanələr; ikihissəli, üçhissəli, dördhissəli xanələrə bölünür.
Simpoziumlar
Şifahi ənənəli professional musiqinin müxtəlif problemlərinə həsr olunmuş simpoziumlar və konfransların keçirilməsi ənənə halını almışdır. XX əsrin 60 illərindən başlayaraq vaxtaşırı belə tədbirlər keçirilir. YUNESKO-nun Səmərqənddə təşkil etdiyi I, II, III (1973, 1983, 1987) Beynəlxalq musiqişünaslıq simpoziumları önəmlidir. Bu simpoziumların əsas devizi belədir: "Yaxın və Orta Şərq xalqlarının ənənəvi şifahi-professional musiqisi və müasirlik". Hər üç simpoziumda Azərb. musiqişünaslar və muğam ustadları iştirak etmiş, musiqi mədəniyyətini layiqincə təmsil etmişlər. Simpoziumların materialları «Professionalnaya muzıka ustnoy traditsii narodov Blijneqo i Sredneqo Vostoka i sovremennost» (Taşkent, 1981), «Traditsii muzıkalnıx kultur narodov Blijneqo i Sredneqo Vostoka i sovremennost» (Moskva, 1987) adlı məqalələr toplusunda çap olunmuşdur. Bundan başqa, Moskvada "Ənənə və müasirlik" mövzusunda VII Beynəlxalq musiqi konqresi (1971), Alma-Atada Asiya ölkələrinin III Beynəlxalq tribunası (1973), Daşkənddə «Makam, muqam i sovremennoe kompozitorskoe tvorçestvo» (1978) başlığı altında elmi-nəzəri konfrans, Düşənbədə orta əsrlərin məşhur musiqiçilərindən olan Barbədin xatirəsinə həsr olunmuş "Barbod - Epoxi i traditsii kulturı» mövzusunda konfrans (1989), YUNESKO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq musiqi şurasının «Ənənə və müasirlik» mövzusunda VII konqresi (VII mejdunarodnıy sovet pri YUNESKO, 1971) keçirilmişdir.
Sinc
bax: Azərbaycan musiqi terminləri. - Sinc.
Sinkopa
(ital., yun. synkope – kəsib gödəltmə; fr. – özündən getmə)
Xanənin zəif hissəsində verilən vurğulu aksentli not. Sinkopa çox zaman xanənin güclü hissəsindəki pauzadan və ya əvvəlki xanə ilə bağlayıcı notdan sonra istifadə olunaraq ritmdə gözlənilməz, kəskin element əmələ gətirir.
Sitra
(yunan. kithara - kifara)
Simli musiqi aləti; üzərinə simlər çəkilmiş kiçik həcmli rezonans qutusundan ibarətdir və barmaqlara taxılan xüsusi üskük vasitəsilə simlər dartılaraq səs çıxarılır.
Sıx düzülüş
Tersiya quruluşlu akkordlarda (üçsəsli, septakkord, nonakkord) səslərin yerləşdirilmə qaydası; akkordun strukturunun təyin olunmasında aparıcı əhəmiyyət kəsb edir.
Solfecio
(italyan: solfeggio: solfa – notlar, musiqi işarələri, qamma)
İştirakçıların eşitmə qabiliyyətini inkişaf etdirmək üçün təyin edilmiş fənn. Solfecio musiqi imlasının yazılmasından və notların (adətən üzündən) adlarının hecalarla tələffüzlə oxunmasından ibarətdir. Musiqi məktəblərində muğamın tədrisi prosesində solfecio fənninin əhəmiyyəti böyükdür.
Solist
(italyan. solista)
Solo ifaçı; bir səs üçün və ya alət üçün yazılmış əsərin ifaçısı; ansamblda əsas, daha qabarıq partiyanın (bütün əsərdə və ya onun ayrılmış hissələrində) ifaçısı.
Muğam ifaçılığında solist - xanəndə instrumental ansamblın – sazəndə dəstəsinin müşayiəti ilə çıxış edir.
Solo
(italyan. solo, latın. solus – tək, tənha, vahid)
Bir ifaçının müstəqil çıxışı. Ansamblda daha qabarıq və mühüm partiya. Muğam ifaçılığında muğamların müxtəlif alətlərdə solo ifası geniş tətbiq olunur. Muğam ansamblında xanəndənin partiyası solo əhəmiyyətlidir, ayrı-ayrı epizodlarda tar və kamança alətlərinin solosu diqqətəlayiqdir.
Sonata
(ital. sonata, lat. sonare – səslənmək)
1. 16-cı əsrdən 18-ci əsrin ortalarına kimi hər cür instrumental musiqi əsərləri belə adlandırılırdı; əsasən dörd alət üçün (iki skripka, violonçel, orqan və ya klavir üçün) nəzərdə tutulan, quruluşuna görə süitaya bənzər rəngarəng pyeslər silsiləsi, hissələrdən biri fuqa ola bilirdi.
2. 18-ci əsrin ortalarından bir və ya iki alət üçün yazılmış sonata silsiləsi formasında (üç və ya dörd hissədən ibarət, birinci hissəsi sonata formasına əsaslanan) əsər.
Soprano
(ital. sopra – yuxarıda, yüksəkdə)
1. Yüksək qadın səsi; diapazonu birinci oktavanın do səsindən – üçüncü oktavanın do səsinə kimi. Növləri: koloratur soprano, lirik soprano, dramatik soprano, lirik – koloratur, lirik-dramatik soprano.
2. Harmoniya kursunda dördsəsli düzülüşdə birinci, ən yüksək səs.
Subdominant
(lat. subdominanta – alt qatdakı hakim səs)
1. Majorun və ya minorun dördüncü pilləsi; bu ladların əsas pillələrindən biri olub,tonikadan kvinta aşağıda yerləşir; başqa sözlə, alt dominanta. Rəqəmlə - IV, hərflə - S işarə olunur.
2. Harmoniyada IV pillədə qurulan üçsəslinin adı.
Sufilik
(ərəb: hərfi mənası - yun əbalı)
İslam dinində mistik cərəyan, təlim. VIII əsrdə Suriyada yaranmış, Məqrib ölkələri və İspaniyada, Azərbaycan və Orta Asiyada, Hindistan, Malakka və Sumatrada yayılmışdır. Sufilik təliminin banisi Zünnun əl-Misri (IX əsr) və Əbu Abdullah əl-Mühasibi olmuşlar. Sufilər xüsusi rəqslər və ya duaların sonsuz təkrarı ilə intuitiv idraka, "nurlanmaya" cəhd etmişlər.Sufinin allaha çatmaq yolunda ani olaraq nurlanması, ekstaz vəziyyətinə gəlməsi Əbu-Abdullah əl-Müsahibiyə aid edilir. Sufinin sirli yolunda ilk pillə şəriət, ikincisi - təriqət, üçüncüsü - həqiqətdir (həqiqəti allahda tapmaq). Sufiliyin bir çox təriqətləri olmuşdur.
Surna
Qədim üfləmə ağac musiqi aləti.Zahiri görünüşü və səslənilmə prinsipi bizə məlum olanzurnaya çox oxşayır. Lakin öz həcmi etibarı ilə zurnadan bir qədər böyükdür. Zurnadan da güclü, şiddətli, qulaq batıran səsi var. Musiqi kitablarında adı çox təsadüf edilir.
Süita
(fran. suite - ardıcıllıq)
Bir neçə tamamlanmış pyesdən ibarət silsilə əsər; obraz məzmununa və quruluşuna görə fərqlənən pyeslər kontrastlıq prinsipi ilə növbələşir. 16-cı əsrdə İtaliyada meydana gəlmiş və professional musiqidə geniş yayılmışdır
Sümsü
Nəfəsli musiqi aləti.qarğıdan hazırlanan ən bəsit, sadə üfləmə musiqi aləti. (Qarabağda vaxtilə Miri bəy adlı birisinin dediyi: "Qarğı bizim yerdə bitər – sümsünü kəngərli çalar" sözləri təbiət sərvətindən istifadə etməyi bacarmayan aciz, karsız adamları töhmət üçün işlənən zərbi – məsəldir.)
Süni flajoletlər
Bir sıra simli musiqi alətlərində eyni zamanda iki barmaqla simin sıxılmasından alınan xüsusi səslər (harmonik yansəslər).
Süvari borusu
Nəfəsli musiqi aləti.