İ
İbtidai musiqi nəzəriyyəsi
Musiqi təhsili sistemində tədris olunan fənnlərdən biri; not yazısının və musiqinin əsas elementlərinin – səssırası, interval, akkordlar, tonallıqlar, ritm, metr və s. – öyrədilməsi ilə bağlıdır.
İfaçı
dirijor, müğənni, pianoçu, skripkaçı və digər musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.
İfaçılıq nəfəsi
səs aparatının aktiv fəaliyyəti, vəziyyətidir. Əzələlərin sərbəstliyi, ifa olunan əsərə maksimum diqqətlə yanaşma, özünə qarşı tələbkarlıq – yaxşı düşünülmüş məşğələlər nəticəsində əldə edilən cəhətlər – ifaçılıq nəfəsinin yaranmasına səbəb olur.
İkihissəli forma
Musiqi əsərinin forması olub tematik məzmununa görə yaxın olan iki hissədən ibarətdir; hər hissə bir perioda bərabərdir.
İkiləşdirmə
birsəsli melodik xəttə ikinci səsin qoşulması; bu zaman səslər arasında müəyyən interval münasibətləri gözlənilir.
İkili fuqa
– iki mövzu əsasında qurulmuş fuqa növüdür, burada hər iki mövzu eyni zamanda sadə ikisəsli kontrapunkt uzlaşmada verilərək ikisəsli mövzu əmələ gətirir.
İkili variasiyalar
Ardıcıl iki mövzu üzərində qurulur.
İkinci partiya
Çoxsəsli musiqinin ifası zamanı ikinci iştirakçının ifa etdiyi melodik xətt; vokal musiqidə – ikinci səs.
Dubl-diyez
İkiqat diyez; səsin iki yarımton (bütov ton) həcmində artırılmasını göstərən işarə. Notun adından sonra deyilir (məs., fa dubl-diyez), not yazısında – x işarəsi ilə göstərilir.
İkiqat kanon
Ən azı dörd səsdən ibarət kanon növüdür; onlardan ikisi müxtəlif melodiyaları ifadə edir, digər iki səs onları imitasiya edir
İkiqat kontrapunkt
Eyni vaxtda səslənən iki melodik xəttin polifonik qovuşması; səslərin yerinin dəyişdirilməsi zamanı onlar öz musiqi mənasını qoruyub saxlayırlar. Əsasən ikilifuqada istifadə olunur.
İkiqisimli xanə
1. iki hissəyə bölünən xanə. Növləri: sadə - tərkibi iki qismdən və bir vurğudan ibarət olur: – formulu əsasında qurulur. 2/2, 4/4, 2/4, 2/8, 2/16 ölcülü xanələr bu qəbildəndir.
2. mürəkkəb – tərkibində iki vurğu yerləşən xanə; iki sadə xanənin birləşməsindən əmələ gəlir.
İkiqisimli ölçü
bir güclü və bir zəif hissədən ibarət (– formuluna əsaslanan) xanənin quruluşunu göstərən kəsr: məs., 2/4 .
İkiqisimli vəzn
Musiqi səslərinin uzunluğunun iki hissəyə dəqiq bölünməsinə əsaslanan ritm.
İkinci səs
1.Çoxsəsli quruluşlu musiqidə yuxarıdan ikinci səs.
2.Orkestr partiturasında həmcins alətlərdən ikincisinin partiyası, adətən aşağıda yerləşir və daha az ifadəli olur: məs., ikinci fleyta, ikinci hoboy və s.
İkisəsli
iki melodik xəttdən ibarət musiqi fakturası.
İqa
ər. musiqi səslərinin müəyyən nizam və qaydaya uyğun növbələnməsi. İqa – musiqinin təşəkkülünü təmin edən əsas ifadə vasitələrindən biridir.
Melodiyanın ən kiçik ifadəli rüşeymi olan hər bir musiqi cümləsi, hər bir musiqi intonasiyası öz daxilində mütləq müəyyən uyğunluq, mütənasiblik və müntəzəmliyə malik olmalıdır ki, bunu da vaxt, zaman ərzində təmin edən iqadır.
Musiqi ləhnlərinin iqa əsasında təşəkkülü istər bilavasitə ən yaxın münasibətdə (bax:Bəhr), istərsə də nisbətən uzaq qarşılıqlı nisbətdə təzahür edə bilər. Bunun sayəsində ayrı – ayrı musiqi cümlələri, dövrləri ilə yanaşı, musiqi sənətinin daha möhtəşəm iri formalarının da yaradılması mümkün olur. Vokal musiqidə iqa oxunan şeirin vəzn və bəhrini özündə əks etdirir.
Beləliklə, musiqinin iqa üzrə quruluşu musiqi sənətinə xas olan nizam və qaydalara əsaslanır.
İmad
(ər. – dayaq, sütün)
bəm səs, bas səs, aşağı səs. Məşhur ərəb musiqişünası, nəğməkarı və şairi İshaq ibn İbrahim əl-Mosuli (767-849) "Nəğmələr kitabı"nda yazır ki, "bütün başqa (yəni yuxarı) səslər məhz imada istinad etməli və onun üzərində qurularaq inkişaf etməlidir".
İmitasiya
(lat. imitatio – təqlid)
bir səsdə verilmiş mövzunun və ya motivin hər hansı digər səsdə təkrarlanması; imitasiya zamanı birinci səs öz hərəkətini davam etdirirək, əks hərəkət əmələ gətirir.
İmitasiyanın 1-ci qrup əlamətləri əsas mövzüya nəzərən imitasiyanın başlanğıc yerini bildirir: a) yüksəklik - birinci və ikinci səs (melodik xətt) arasında interval yüksəkliyinin müəyyən olunması (məs, ikinci səs üst kvintadan başlaya bilər);
b) zaman – təkrarlanan səsin nə zaman, neçə xanədən sonra daxil olunmasını göstərir.
İmitasiyanın 2-ci qrup əlamətləri mövzunun quruluşuna nisbətən imitasiyanın cəhətlərini təyin edir: a) intervalika – mövzunun interval quruluşuna görə dəqiq və ya qeyri-dəqiq təkrarlanması; ritm - mövzunun ritmik quruluşu baxımından dəqiq və ya qeyri-dəqiq təkrarı.
İmitasiyanın növləri: əkshərəkətli imitasiya, qeyri-dəqiq imitasiya (tonal imitasiya), sadə imitasiya, dəqiq imitasiya.
İmitasiya polifonik musiqidə tematik materialın ən mühüm inkişaf üsullarından biri, polifonik forma quruculuğunun əsas vasitəsi, bir çox polifonik növlərin səciyyəvi başlanğıc üsuludur.
İmprovizasiya
(ital. improvisazione, lat. improvisus – qəfildən, gözlənilmədən, qeyri-müntəsir)
musiqi əsərinin eyni vaxtda bəstələnməsi və ifa olunması.
Ənənəvi bir havanın ifa olunaraq inkişaf etdirilməsi, zənginləşdirilməsi xalq musiqi yaradıcılığının əsas xüsusiyyətidir.
Professional musiqidə improvizasiya sənətinin geniş yayıldığı dövrlərdə bəstəkarlar verilən melodiyanı improvizə edərək, virtuoz xarakterli pyeslər yaratmışlar; bir çox ifaçılar öz konsert proqramlarına improvizasiya nömrələrini daxil etmişlər.
İnstrumental musiqi
ayrı-ayrı alətlər, müxtəlif tərkibli ansambl və orkestrlər tərəfindən ifa olunan musiqi; musiqi alətlərində çalınması nəzərdə tutulan əsər;
İnstrumental musiqi janrlarına aiddir: rəqslər, pyeslər, prelüdiya, fuqa, sonata, simfoniya, kvartet, kvintet, konsert və s.
İntermediya
(lat. inter - arasında, mediae – məclis)
1.Fuqada mövzunun iki dəfə yanaşı keçirilməsi arasında səslənən musiqi parçası.
İntermediya fuqanın kompozisiyasında a) bağlayıcı, b) tamamlayıcı və c) müstəqil əhəmiyyətə malik ola bilər.
2. Teatr tamaşasında əsasən fasilə zamanı ifa olunan səhnəcik və ya pyes.
İnterpretasiya
(lat. interpretatio – şərh etmə, izah etmə)
təfsir; əsərin mənasının açıqlanması; Musiqi əsərinin İ.-sı ifaçı tərəfindən onun məzmununun şərh edilməsinə yönəlmiş özünəməxsus ifaçılıq xüsusiyyətləri ilə bağlıdır.
İnterval
(lat. intervallum – məsafə, aralıq; həm də fərq)
musiqidə iki səs arasındakı münasibət; İntervalın aşağı səsi əsas, yuxarı səs – zirvə adlanır.
İntervallar əsas və zirvə səslər arasındakı məsafənin kəmiyyət və ya pillə ölçüsünə görə adlandırılır: prima – 1; sekunda – 2; tersiya – 3; kvarta – 4; kvinta – 5; seksta – 6; septima – 7;oktava – 8; nona – 9; desima – 10; undesima – 11; duodesima – 12; tersdesima – 13; kvartdesima – 14; kvintdesima – 15 pilləyə bərabərdir.
İntervallar keyfiyyət ölçüsünə görə xalis, böyük və ya kiçik, artırılmış və ya əksildilmiş olur.
Intervalların növləri: sadə və mürəkkəb intervallar, diatonik intervallar, xromatik intervallar.
İntervalın dönməsi səslərin yerdəyişməsindən, zirvə səsin əsasa çevrilməsindən əmələ gəlir; bu zaman intervalın kəmiyyət və keyfiyyət ölçüləri dəyişir: məs., böyük sekunda – kiçik septimaya çevrilir və s.
İntervalın dönümü
1.İntervalın səslərinin oktava yuxarı və ya aşağı köçürülməklə, onların yerlərinin dəyişdirilməsi: alt səs (oturacaq) yuxarı səsə (zirvəyə) çevrilir və əksinə. İntervalların dönümü bu cədvəl üzrə özünü göstərir:
prima (1) – oktava (8);
sekunda (2) – septima (7);
tersiya (3) – seksta (6);
kvarta (4) – kvinta (5).
Dönmə zamanı intervalın keyfiyyəti dəyişir: böyük interval kiçik intervala, artırılmış interval əksildilmiş intervala çevrilir və əksinə.
İntervalın eni (həcmi)
İntervalın alt səsindən üst səsinə kimi əhatə edilən pillələrin miqdarı: prima – 1; sekunda– 2; tersiya – 3; kvarta – 4; kvinta – 5; seksta – 6; septima – 7; oktava – 8; nona – 9; desima – 10; undesima – 11; duodesima – 12; tersdesima – 13; kvartdesima – 14; kvintdesima – 15 pillə həcminə bərabərdir.
İntervalın keyfiyyəti
müəyyən olunmuş pillələrin sayından, intervalda tamamlanan ton və yarımtonlarınsayından asılıdır.
intervalın müxtəlifliyi, yəni, intervalın keyfiyyəti - xalis (x.), kiçik (k.), böyük (b.), yüksələn (y.), enən (e.) sözləri ilə müəyyən olunur.
İntervalın keyfiyyətinin müəyyən olunması müstəqil baş verə bilməz və intervalın həcminin müəyyənləşməsinə xidmət edir, yəni onda tamamlanan pillələrin sayını göstərir.
İntervalın oturacağı
intervalın alt səsi və ya əsas səs.
İntonasiya
(lat. intonare – ucadan söyləmək, bərkdən danışmaq)
1.Musiqi əsərinin ifaçı tərəfindən real səsləndirilən zaman ifaçı tərəfindən müstəqil ifadəli əhəmiyyətə malik ən kiçik hissəciyi;
2.Musiqinin hərəkət prosesində səslərin yüksəklik münasibəti;
3.Oxuma və çalma zamanı musiqi səslərinin ifaçılıq keyfiyyəti; İ. musiqi səslərinin düzgün və ya xaric ifası; sabit intonasiya və ya qeyri-sabit intonasiya.
4.Melodik ibarə - motivə bərabər qurum.
İntroduksiya
(lat. introductio – giriş, mədxəl)
1.Giriş, hər hansı bir pyesin xüsusi tempinə və xarakterinə görə seçilən başlanğıc bölməsi;
2. Nisbətən kiçik ölçülü uvertüra;
3.Operada birinci vokal ansambl və ya böyük səhnə.
İrtifa
1.səsin ucalığı, yüksəkliyi.
2.melodiyanın ən zil nöqtəsi.
İşlənmə (gelişmə)
sonata formasının orta bölməsi; ekspozisiya ilə repriza arasında olur. Tonallıq baxımından bir qədər qeyri-sabit olub, ümumilikdə köməkçi tonallıqdan (ekspozisiyanın bitdiyi tonallıqdan) əsas tonallığa (reprizanın başlandığı tonallığa) keçid əmələ gətirir.
Tematik baxımdan ekspozisiyada verilmiş mövzuların motiv və ya variasiyalı işlənilməsinə əsaslanır.
Sərbəst quruluşa malikdir, bir neçə epizoda bölünə bilir. Sonunda əsas tonallığındominanta funksiyası üzərində orqan punktu verilir ki, bu da reprizanı hazırlayır.
İntrada
(lat. introductio - giriş)
1. Hər hansı bir pyesin özünəməxsus tempə malik başlanğıc, giriş hissəsi;
2. kiçik həcmli uvertüra, bilavasitə sonrakı musiqi materialına keçid yaradır.
3.Operada ilk vokal ansambl və ilk böyük səhnə
İngilis nəfiri
(ital. corno inglese)
bəm hoboy.
Düzgün olan angle (künc, küncə salınmış)– ov hoboyunun formasından yaranan nəfir sözünün yerinə, fransızca anglais (ingilis) sözünün təsadüfən işlədilməsi nəticəsində tarixi adını alıb. Hoboyun quruluşu kimi, lakin böyük ölçüdə, armudşəkilli boru ağızlı və bükük metal borulu, müştüklə əsas korpusu ilə birləşdirilən taxta nəfəs aləti.
Həqiqi səslənməsinin həcmi kiçik oktavanın mi səsindəndən ikinci oktavanın si – bemol səsinə qədərdir.
İngilis nəfiri hoboy ilə eyni cür applikaturada bir kvinta aşağı səslənir, yəni, Fa (in F) düzümündə tonu dəyişdirilmiş alətlər sırasına aiddir; notlar skripka açarında həqiqi səslənmədən bir kvinta yuxarı yazılır.
Hoboyun tembri ilə müqayisədə İngilis nəfirinin tembri daha qəliz və yumşaqdır. Simfonik orkestrdə adətən bir İngilis nəfiri işlədilir. Partiturada onun partiyası hoboyun partiyasından aşağıda yerləşdirilir. Bəzən hoboyun partiyasını ifa edən musiqiçi İngilis nəfirinin də partiyasını çalır; belə olduqda alətlərin dəyişilməsi mula in sözləri ilə bildirilir
İnterlüdiya
(lat. inter – arasında, ludus - çalğı)
Musiqi əsərinin hissələri arasında səslənən və bağlayıcı rolu oynayan musiqi parçası və ya kiçik həcmli pyes.
İntermesso
(ital. intermezzo – fasilə) Kecid əhəmiyyəti daşıyan pyes; adətən xarakter və quruluşuna görə digər pyeslərin arasında səslənərək, təzadlıq gətirir.
Bəzən bəstəkarlar müxtəlif məzmunlu pyüsləri də İntermesso adlandırırlar.
İntonasiya
(lat. intonare – ucadan söyləmək, bərkdən danışmaq)
1.Musiqi əsərinin ifaçı tərəfindən real səsləndirilən zaman ifaçı tərəfindən müstəqil ifadəli əhəmiyyətə malik ən kiçik hissəciyi;
2.Musiqinin hərəkət prosesində səslərin yüksəklik münasibəti;
3.Oxuma və çalma zamanı musiqi səslərinin ifaçılıq keyfiyyəti; İntonasiya musiqi səslərinin düzgün və ya xaric ifası; sabit intonasiya və ya qeyri-sabit intonasiya.
4.Melodik ibarə - motivə bərabər qurum.
İntroduksiya
(lat. introductio – giriş, mədxəl)
1.Giriş, hər hansı bir pyesin xüsusi tempinə və xarakterinə görə seçilən başlanğıc bölməsi;
2. Nisbətən kiçik ölçülü uvertüra;
3.Operada birinci vokal ansambl və ya böyük səhnə.
İnvensiya
(lat. inventuo – kəşf, icad)
Polifonik pyeslərə verilən sərbəst ad; bəzən prelüdiya, bəzən fuqa, bəzən də müstəqilimitasiyalı quruluşlu pyesləri belə adlandırırlar.
İonik lad, ionik məqam
Səssırası natural majorla üst-üstə düşən melodik lad.