B
Baqatel
(fr. bagatelle – oyuncaq)
Məzmun və ifaçılıq baxımından çətin olmayan kiçik pyesin adı.
Balaman
Əslində tut, nadir hallarda isə ərik ağacından qayrılan, baş tərəfinə ikiqat yastı qamış müştük taxılmış (buna görə də çox zaman yastı balaman adlanan) üfləmə musiqi aləti. Gövdəsində 9 dəlik olur (8-i ön, biri isə dal tərəfdə). Ta ən qədim zamanlardan bəri Azərbaycanda çox geniş yayılmış üfləmə musiqi alətidir.
Balaban
bax: Balaman
Balet
(fr. ballet, ital. ballo – oynayıram, rəqs edirəm)
1. musiqili səhnə əsəri; məzmunu rəqslərlə ifadə olunan, orkestr musiqisinin müşayiəti ilə göstərilən tamaşa; rəqslərdən ibarət teatr tamaşası.
2.Balet tamaşası üçün yazılmış musiqi əsəri; Balet musiqisi müstəqil bədii əhəmiyyət kəsb edir vəkonsert estradasında ifa olunur.
Müxtəlif məzmunlu baletlərdə (operada olduğu kimi) fantastik və əyləncəli süjetlərlə yanaşı, ən dərin və təsirli mövzular təcəssüm olunur.
3.Rəqs sənəti.
Ballada
(provans. ballada – rəqs etmək)
1. İlkin mənada rəqslə müşayiət olunan provansal mahnı; sonradan – lirik rəvayət, əfsanə xarakterli, dramatik və fantastik məzmunlu ədəbi əsər;
2. 19-cu əsrdən vokal və instrumental musiqi pyesi.
Banda
(ital. banda – dəstə, xor, nəfəsli orkestr)
Mis nəfəs və zərb alətlərindən ibarət ansambl; müstəqil qrup kimi orkestrə daxil edilir;
Opera tamaşalarında səhnəyə çıxarıla bilər; simfonik orkestrdə təntənəli və hərbi xarakterli epizodlar Bandaya həvalə olunur.
Baletmeyster
(alm. balletmeister)
Balet tamaşasının rəhbəri; balet rejissoru; rəqs müəllimi.
Banco
(ing. banjo)
Amerika zəncilərinin barmaqla çaldıqları musiqi aləti
Baqatel
(fr. bagatelle – oyuncaq)
Məzmun və ifaçılıq baxımından çətin olmayan kiçik pyesin adı.
Bard
(fr. barde)
Qədim keltlərdə şair və müğənni
Bariton
(yunan. barytonos – ağırsəsli, ital. bary – yoğun, kobud, tonos - ton)
1. Kişi səsi – bas və tenor arasındakı registri əhatə edir (böyük oktavanın lya və si-bemol səslərindən birinci oktavanın sol, lya-bemol səslərinə kimi).
2.Geniş menzuralı mis nəfəs aləti – oval formaya malikdir; nəfəsli orkestrdə solo və müşayiətedici alət kimi istifadə olunur.
Barkarola
(ital. barca - qayıq)
1.Venesiyada yayılmış qayıqçı və ya balıqçı nəğməsi.
2.Zərif, axıcı ahəngli vokal və ya instrumental pyes adı; özünəməxsus ritmli müşayiəti ilə qayığın rəvan yırğalanması və avarların hərəkəti təsvir olunur.
3.Qondolyer nəğməsi.
Bariolaj
(fr. bariolage)
Əlvan boyalı.
Bas
(ital. basso – aşağı, bəm, qalın)
1.Qalın kişi səsi; diapazon həcmi böyük oktavanın fa səsindən birinci oktavanın fa səsinə kimidir.
2.Nəfəsli orkestrlərdə istifadə olunan geniş menzuralı mis nəfəs aləti.
3.Akkordun ən aşağı səsi.
4.Çoxsəsli musiqidə ən aşağı səs.
Bas alətlər
Registrinə görə aşağı, bas kişi səsinə uyğun gələn alətlərin müxtəlif növləri.
Simfonik opkestrdə qalın səsli alətlər. Orkestrdə hər bir alətlər qrupunda bas alətlər yer almışdır; məs., faqot, tuba, kontrabas və və s.
Bas klarnet
(ital. clarinetto basso)
Klarnet musiqi alətinin bir növü. İlk dəfə XIX əsrdə opera musiqisində, daha sonra simfonik musiqidə tətbiq olunmuşdur. Quruluşuna görə klarnet kimidir, yalnız iri həcminə və bir qədər dəyişilmiş formasına görə fərqlənir.
Bassethorn
(alm. Bassethorn; ital. bassetto – basso + alm. Horn – şeypur, nəfir) alt (bəm) klarnet növü; nadir hallarda istifadə olunan nəfəsli alətdir.
Basso kontinuo
(ital. basso + continuo – daimi, müttəsil)
XVI əsrin sonlarından etibarən qərbi Avropa kamera musiqisində klavişli alətin partiyasına deyilir, rəqəmlərlə göstərilən bas səslərdən ibarətdir. B. kontinuonun ifaçısı nömrələnmiş səslər əsasında tələb olunan akkordu çalmalıdır.
Basso ostinato
(ital. basso +ostinato – inadcıl)
Polifonik quruluşlu əsərdir. Burada bas səsi eyni bir mövzunun fasiləsiz olaraq ardıcıl təkrarlanmasına əsaslanır. Yuxarı səslər isə müstəqil əhəmiyyətə malik olub, sərbəst şəkildə inkişaf etdirilir və variasiya olunur.
Mahiyyətinə görə basso ostinato polifonik variasiyadır. Onun bir növü də passakaliyadır.
Bas – trombone
Trombonun ən aşağı registrə malik növüdür; diapazonun həcmi kontroktavanın fa səsindən kiçik oktavanın fa səsinə qədərdir; indiki dövrdə istifadə olunmur.
Bekar
(fr. bécarre)
bərpa etmə işarəsi olub, əsas pillənin yüksəlməsindən (diyez) və ya əksildilməsindən (bemol) sonra onu əvvəlki vəziyyətinə qaytarır
Bemol
(fr. bemol)
Səsin yarımton əksildilməsi məqsədilə qoyulan işarə. Not sətrində açarın yanında və ya bilavasitə notun yanında yazılır.
Beşik mahnısı, laylay
Vokal musiqinin bir növü, folklor musiqisinin bir janrı. Anaların uşağı yatızdırarkən beşik başında oxuduqları nəğmə. Həzin, təsirli, lirik əhval-ruhiyyəyə malikdir.
Bütün dünya xalqlarının musiqisində rast gəlinir.
Bənd
(yunan. periodos – müəyyən vaxt çərçivəsində dolanma, dövrələmə, zaman dairəsində
Musiqi formasının bir elementi; bitmiş musiqi fikrini ifadə edir; cümlələrdən ibarət olur və kadensiya ilə tamamlanır.
Bəstəkar
(lat. compositor – müəllif, tərtibçi)
Müəllif, musiqi əsərinin yaradıcısı. Xalq yaradıcılığında adətən bəstəkar və ifaçı bir
simada birləşir.
Birsəslilik, təksəslilik
Musiqinin ifadə tərzi; bir ifaçı və ya bir alət tərəfindən ifa olunan melodiya.
Bitmiş kadans
Musiqi fikrinin tamamlanmasını bildirən melodik və harmonik ibarə. Akkordların əsas növlərinin ardıcıllığından istifadə olunaraq, əsas tonun təsdiqi ilə və tonika üçsəslisi ilə bitir.
Birhissəli əsər
Müstəqil hissələrə bölünməyən əsər
Bitməmiş modulyasiya
Bir tonallıqdan digərinə keçidlə şərtlənən, lakin yeni tonallığın möhkəmləndirilmədiyi
modulyasiya növü.
Bolero
(isp. bolero)
İspan xalq rəqsi, XVIII əsrdən yayılmışdır; kastanyetlərlə müşayiət olunur.