H
Harmonik funksiya
(lat. functio – fəaliyyət)
Harmonik hərəkətdə akkordun lad vəzifəsi.
Əsas harmonik funksiyalar bunlardır: tonika funksiyası, subdominanta funksiyası,dominanta funksiyası.
Harmonik yansəslər
Səslənən cismin (sim, hava borusu və s.) tam həcmdə, yarım, üçdə-bir, dörddə-bir həcmdə ehtizazından eyni vaxtda yaranan müxtəlif yüksəklikli səslər – obertonlar; natural səssırasından ibarət şkala əmələ gətirir.
Harmoniya
(yunan. harmonia – ahəngdarlıq, uyğunluq, mütənasiblik)
1.Eyni zamanda səslənən tonların qanunauyğun ahəngdarlığı;
2.Musiqi kompozisiyasında akkordların düzgün qurulması üsullarından bəhs edən elm;
3.Ayrı-ayrı akkordları və ya ahəngləri, səsbirləşməsini xarakterizə etmək üçün istifadə olunan məfhum (məs., "gözəl harmoniya", "kəskin harmoniya" və s.)
4.Bir bəstəkarın musiqisi üçün xarakter olan, müəyyən bir əsərdə öz əksini tapmış ifadəli akkordlar və səsbirləşmələrinin səciyyələndirilməsi.
Harmonik funksiya
(lat. functio – fəaliyyət)
Harmonik hərəkətdə akkordun lad vəzifəsi.
Əsas harmonik funksiyalar bunlardır: tonika funksiyası, subdominanta funksiyası, dominanta funksiyası.
Harmonizə etmə (harmonizasiya)
Akkordlu harmonik quruluşlu musiqidə verilmiş melodiyaya əlavə səslərin qoşulması;
Hər hansı bir melodiya əsasında musiqi əsərinin yaradılması (məsələn, xalq mahnısının harmonizasiyası);
Harmoniya fənninin tədrisində əsas çalışma növlərindən biri.
Hava
Musiqi əsərinin əsasını təşkil edən təranə, melodiya, müxtəlif musiqi obrazlarının səciyyəsini, vəziyyətini, ruhunu ifadə edən və bu ifadə üçün lazımi intonasiya, vəzn – ahəng, dinamik və tembr vasitələrə malik olan ləhn.
Heca vəzni
Şeirdə ritmik hissələrin - vurğuların növbələşməsinə əsaslanan vəzn. Ümumiyyətlə, türkdilli xalqların, o cümlədən, Azərbaycan xalqının şeir vəznidir. Heca vəzni - əsas vəzn kimi xalq şeirində (bayatı, qoşma, gəraylı və s.), bir sıra sənətkarların (Şah İsmayıl Xətai,Yunus İmrə və b.), M.P.Vaqif və xalq şeiri üslubunda yazan digər şairlərin yaradıcılığında istifadə edilmişdir. Azərbaycan xalq şeirində, eləcə də aşıq poeziyasında bu vəznin 7,8,11 hecalı şəkilləri işlənmişdir. Heca vəzni daha çox dil qanunlarına bağlı olduğundan, mütləq vəzn qanunlarına əsaslanan əruz vəznindən özünün dinamikliyi, inkişafa, zənginləşməyə meyli ilə seçilir.
Heksaxord
(yunan. hexa – altı, chordos – sim)
Ardıcıl düzülmüş altı pillədən ibarət səssırası.
Heptatonika
(yun. hepta – yeddi, tonos – səs)
Oktava çərçivəsində müxtəlif yüksəklikli yeddi səsdən ibarət səssırası.
Heterofoniya
(yunan. heteros – başqa, phone – səs)
Bir melodiyanın bir neçə ifaçı tərəfindən oxunması zamanı eyni vaxtda improvizasiyaedilərək, səslərin ayrılması nəticəsində əmələ gələn çoxsəslilik.
Heterofoniyada unison və müxtəlif səs birləşmələrinin ardıcıllaşmasında qanunauyğunluq gözlənilmir.
Həll
1. Dissonans səsin konsonans səsə keçməsi: sekunda aşağı (bəzən yuxarı) istiqamətli hərəkətlə həyata keçirilir.
2. Ladın qeyri-sabit pilləsinin sabit pilləyə keçməsi; məsələn, dominantadan tonikaya keçid.
3.Dissonans akkorddan (səslərin cazibəsinə görə) konsonans akkorda keçid. Bax: Dominantseptakkord, Əksildilmiş septakkord, Artırılmış üçsəslik, Ləngimə.
Həmahənglik, həmsazlıq
Eyni vaxtda səslənən musiqi sədalarının qanunauyğun uzlaşması. bax: harmoniya.
Həmcins səslər
Eyni xassəyə malik səslər. Bax: Yekcins xor (həmcins xor)
Hərfi adlar
Musiqi nəzəriyyəsində qəbul olunmuş termin; notların adının latın hərfləri ilə işarələnməsi; notların yanında alterasiya işarələri, major və minor tonallıqları da müəyyən hecalarla göstərilir.
Do, do – C, c
Re, re – D,d
Mi, mi – E, e
Fa, fa – F, f
Sol, sol – G, g
Lya, lya – A, a
Si, si – H, h
diyez – is
bemol – es
Do-diyez – Cis Do-bemol – Ces
Re-diyez – Dis Re-bemol – Des
Mi-diyez – Eis Mi-bemol – Es
Fa-diyez – Fis Fa-bemol – Fes
Sol-diyez – Gis Sol-bemol – Ges
Lya-diyez – Ais Lya-bemol – As
Si-diyez – His Si-bemol – B
major – dur
minor – moll
Do major – C-dur do minor – c-moll
Re major – D-dur re minor – d-moll
Mi major – E-dur mi minor – e-moll
Fa major – F-dur fa minor – f-moll
Sol major – G-dur sol minor – g-moll
Lya major – A-dur lya minor – a-moll
Si major – H-dur si minor – h-moll
Himn
(yunan. humnos)
1.Mədhiyyə, mədhedici mahnı.
2.Təntənəli mahnı.
3.Dövlət himni – dövlətin birlik simvolu kimi qəbul edilmiş təntənəli marş.
Hipofrigik ladlar
1.Lokrik ladının düzgün olmayan adı.
2.Bax: Hipo-ladlar.
Hipo-ladlar
(yun. hypo – altında + rus. ladı – məqamlar)
Qədim musiqi nəzəriyyəsində elə ladlara deyilir ki, dominantadan – dominantaya kimi qurulur, tonika səssırasının ortasında yerləşir.
Hissə
1. silsilə formanı əmələ gətirən, özünəməxsus tempə, tonallığa və əhval-ruhiyyəyə malik ayrıca pyes. Bəstəkar tərəfindən xüsusi adla adlandırılır və yaxud da silsilədəki yerinə görə sıra sayı ilə və yaxud temp göstəricisinə görə qeyd olunur. Məsələn, sonatanın birinci hissəsi, Alleqro.
2.Musiqi formasının nisbətən tamamlanmış, tonallıq və tematik cəhətdən fərqlənən bölməsi.
Hoboy
(ital. oboe; alm. Hoboe; fr. hautbois: haut – yüksək, bois – ağac)
Ağac nəfəsli alət; konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur.
Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından professional musiqidə istifadə olunur.
Səslənmə diapazonu iki oktava yarım həcmindədir (kiçik oktava si-bemol, üçüncü oktava fa).
Hoboyun növü – ingilis. nəfiri.
Holavar
Azəri xalq musiqisi yaradıcılığında əmək mahnılarının ən çox yayılmış formalarından biri.
Homofoniya
(yun. homos – tən, bərabər + phone – səs)
Şoxsəsli musiqi quruluşunun bir növüdür; səslərdən biri (adətən yuxarı səs) aparıcı səskimi mühüm əhəmiyyətə malikdir. Digər səslər onu müşayiətedici funksiya daşıyır.
Honq
(ind. gong)
Böyük bir diskdən ibarət metal zərb aləti. Honqun bir növü: tam –tam.
Hormanium
(alm. Harmonium)
19-cu əsrdə geniş yayılmış metal dilçəkli, körüklü musiqi aləti.
Horn, şeypur
Nəfəsli musiqi aləti; görünüşü truba alətini xatırladır. Ventil mexanizmi olmadığına görə ifaçılıq imkanları məhduddur. Əsasən çağırış, siqnal məqsədilə istifadə olunur.