MUSİQİ LÜĞƏTİ


Musiqi mədəniyyətinin bütün suallarının əlifba şəklində düzülüşünün məcmusudur. Terminoloji, avtobioqrafiq, ensiklopedik lüğətlər mövcuddur. 



A B C Ç D E Ə F G H X İ K Q L
M N O Ö P R S Ş T U Ü V Y Z  

 

C

 

Cümlə

Musiqidə ən kiçik quruluş; müəyyən kadensiya ilə yekunlaşır.


Cavab

Fuqada mövzunun ikinci dəfə keçirilməsi; dominanta tonallığında imitasiyası.
Cavabın növləri:
real cavab – mövzunun interval tərkibini dəqiqliklə təkrarlayır;
tonal cavab – mövzunun interval tərkibi dəyişikliyə uğrayır.
Cavab cümlə - periodun tam bitmiş kadensiya ilə yekunlaşan ikinci cümləsi.

Cüt (qoşa) tərkib

Simfonik orkestrin tərkibi; hər bir alətdən iki ədəd daxil edilir (2 fleyta, 2 hoboy, 2klarnet, 2 faqot və s. bu kimi).

Caz, caz orkestr, caz-band

(ing.) Orkestrin xüsusi növü. Birinci dünya müharibəsinin (1914-1919) əvvəllərində Amerikada yaranmış və tezliklə Qərbi Avropada yayılmışdır.
Adı – ilk ansamblın təşkilatçısı və rəhbəri Cazbo Brounun adından götürülmüşdür. Caz orkestr əsasən nəfəsli alətlərdən, o cümlədən, mis nəfəsli alətlərdən və saksofondan, zərb alətləri və royaldan ibarət olur. Bəzi halda solo skripka, akkordeon,gitara, banco və b. alətlər də bu orkestrə daxil edilir.

Yuxarı
responsive website builder by Mobirise 1.7.1