MUSİQİ LÜĞƏTİ


Musiqi mədəniyyətinin bütün suallarının əlifba şəklində düzülüşünün məcmusudur. Terminoloji, avtobioqrafiq, ensiklopedik lüğətlər mövcuddur. 



A B C Ç D E Ə F G H X İ K Q L
M N O Ö P R S Ş T U Ü V Y Z  

 

N

 

Nağara

Zərbli musiqi aləti. Sağanağının hər iki tərəfinə dəri çəkilmişdir. Nağara ağac üfləmə alətlərin (zurna,balaban, tütək), həm də sazın çalğısını müşayiət edir. Nağaranı sol qoltuğun altında tutub çalırlar.
Musiqi alətlərindən hansı birinin çalğısını müşayiət edəcəyindən asılı olaraq nağaranın əl ilə (barmaqlar), yoxsa ağac çubuqlarla çalınacağı müəyyən edilir. Əgər balaban (son zamanlar həm də klarnet), ya da aşıqsazının çalğısı müşayiət ediləcəksə, nağara da ovucun içi və barmaqlarla çalınacaqdır.
Əgər zurna çalğısını (həm də açıq havada) müşayiət etmək lazım gəlirsə, o zaman dərilər üzərinə ağacla zərblər vurulur.
Həcmindən (böyüklüyündən) asılı olaraq nağara müxtəlif növlərə ayrılır: koos (böyük nağara), bala nağara ya da cürə nağara və kiçik nağara.

Natamam sekstakkord

Kvinta tonu buraxılmış septakkord (nadir hallarda tersiya tonu buraxılır).

Natamam takt

Xanə ölçüsünün bir neçə qismini əhatə edən xanə: məs., ¾ ölçüsündə xanədə yalnız 1 və ya 2 çərək verilə bilər.

Natural alətlər

Mis nəfəsli alətlər; yalnız natural səssırasını səsləndirmək imkanına malik olan alətlər belə adlanır.

Natural flajoletlər

Simli alətlərdə aşıq simin dəqiq bölgü hissələrində barmaqla yüngül toxunmaqla əmələ gələn harmonik yansəslər.

Natural major

Major məqamının əsas şəkli: ton-ton-yarımton-ton-ton-ton-yarımton quruluşuna malikdir.

Natural məqamlar

Yeddi pilləli diatonik məqamlar qrupunu bildirən termin.

Natural minor

Minor məqamının əsas şəkli: ton-yarımton/a>-ton-ton-yarımton-ton-ton quruluşlu səssırasına malikdir.

Natural pərdə

Məqamın dəyişikliyə uğramayan əsas pərdələri.

Neopolitan sekstakkordu

II əksildilmiş pillədən qurulan sekstakkord; başqa sözlə, minor subdominantasıolub, kvinta əvəzinə kiçik seksta daxil edilir. İtaliyanın Neapol şəhərinin adı ilə bağlı olub, 17-ci əsrin bəstəkarlıq təcrübəsində meydana gəlmişdir. Avropa bəstəkarlarının əsərlərində geniş tətbiq olunmuşdur.

Ney

(far. – qarğı, qamış)
Ağacdan, qamışdan ya da bürüncdən hazırlanan üfləmə musiqi aləti. Düz silindr şəklində, 60-70 sm uzunluqda lülədən ibarətdir. Ucunda heç bir müştük ya dilçək olmur. Yalnız lülənin aşağı tərəfində bir neçə (3-6) dəlik açılır ki, bu da səslərin müxtəlif ucalıqda olduğunu təmin edir. Neyin səsi olduqca məlahətli, zərif və təsirlidir.
Ney ən qədim Azərbaycan musiqi alətlərindən biridir. Onun xoş səsi Xaqani, Nizami, Füzuli və başqa şairlərimizin əsərlərində dönə – dönə sevilərək vəsf edilmişdir.

Nəfir

Nəfəsli musiqi aləti.

Nəfəsli musiqi alətləri

(üfləmə alətlər)
Havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur, hazırlanma materialına görə növlərə bölünür: mis alətlər – truba, kornet, trombon,tuba, valtorna və s. ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s. Quruluşuna görə növləri: dəlikli alətlər, qamış dilçəkli alətlər, müştüklü alətlər.

Nəğmə müəllifi

Mahnı janrında əsərlər yaradan şəxs.

Nəğməkar

Mahnı ifaçısı.

Nəğməkar səsi (avaz)

İnsanın səs telləri vasitəsilə musiqi səslərini (müəyyən yüksəkliyə malik səsləri) oxumaq qabiliyyəti. Tembrindən və diapazonundan asılı olaraq, uşaq, qadın və kişi səslərinə bölünür.

Nəqərat

Kuplet formasının bir hissəsi olub, hər dəfə dəyişilməz mətn və melodiya ilə təkrarlanır.

Noktürn

(fr. nocturne – gecə)
19-cu əsrdə geniş yayılmış instrumental (nadir hallarda vokal) pyes adı; lirik düşüncəli xarakter daşıyır, əsasını geniş inkişaflı axıcı melodiya təşkil edir.

Nona

(lat. nona - doqquzuncu)
1. Doqquz pillə həcmində olan interval; 9 rəqəmi ilə işarə olunur.
Kiçik nona – k.9 - həcmi 6½ tona bərabərdir. Böyük nona – b.9 – həcmi 7 tona bərabərdir. Mürəkkəb intervallara aiddir: oktavadan sonra sekunda birləşməsindən ibarətdir. 2.Verilmiş səsdən hesablanan doqquzuncu səs.
3.Nonakkordun sıx düzülüşündə (tersiyalarla düzülüşündə) yuxarı səsi – nona tonu.



Nonakkord

Ardıcıl tersiyalarla düzülmüş beş səsdən ibarət akkord; kənar səslər nona intervalıəmələ gətirir.



Nonet

(alm. Nonett, lat. nonus - doqquzuncu)
1.Doqquz ifaçıdan ibarət ansambl.
2.Hər birinin ayrıca partiyası olan doqquz ifaçı üçün yazılmış əsər

Not

(lat. nota – işarə, qeyd)
Ayrı-ayrı musiqi səslərinin işarəsi; qaralanmış və ya boş oval şəklində yazılır, müxtəlif işarələr əlavə olunur. Notun qrafik təsviri səsin uzunluğunu; onun beşxətli not sətrindəki yeri – səsin yüksəkliyini bildirir.

Not sətirləri

Beş parallel horizontal düz xəttdən ibarət sətir; üzərində notlar yazılır; xəttlər aşağıdan yuxarı sayılır (birinci, ikinci, üçüncü, dördüncü, beşinci); səsin yüksəkliyini təyin etməyə xidmət edir.
Not sətrində notlar a) xəttlərin üzərində; b) xəttlərin arasında; c) yuxarıdakı xəttin üstündə; d) aşağıdakı xəttin altında yazılır. Eyni zamanda, not sətrindən yuxarıda və aşağıda yazılan əlavə xətlərdən də istifadə olunur.
Not sətrində yazılmış notların adı və onların hansı oktavaya mənsub olması sətrin başlanğıcında qoyulan açar işarəsi ilə təyin olunur; yazılmış səslərin yüksəkliyini dəqiqləşdirmək üçün alterasiya işarələri tətbiq edilir.

Not yazısı

bax: Notasiya.

Notasiya

Musiqinin xüsusi qrafik işarələrlə yazılması.

Novelletta

(ital. novelletta – kiçik hekayə)
Musiqidə müxtəlif xarakterli - lirik, dramatik, rəvayət xarakterli pyeslərə verillən ad; bu kimi əsərlərdə kiçik həcmli mövzuların növbələşməsi lirik və ya dramatik xarakterli epizodların dəyişməsini xatırladır.

Novemol

(lat. novem - doqquz)
Doqquz notdan ibarət xüsusi ritmik qrup; səslənmə uzunluğuna görə səkkiz eyniölçülü nota bərabərdir.

Nöqtə

1.Notun və ya pauzanın uzunluğunu bir yarın dəfə artıran işarə; notun və ya pauzanın sağ tərəfində qoyulur.
2. Notun stakkato ifa olunmasını göstərən işarə; notun altında və ya üstündə yazılır.

Nüans

(fr. nuanse)
Çalar, boya; musiqi əsərinin ifası zamanı tətbiq olunan rəngarəng cəhətlər.

Yuxarı
responsive website builder by Mobirise 1.7.1