MUĞAM
(ər. məqam – yəni vəziyyət, mövqe)
– mürəkkəb, ideya – emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən xalq musiqi dühasının gözəl məhsuludur. Muğamat yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış, kamilləşmişdir.
Muğamat – xalq vokal – instrumental kompozisiyasının ən yüksək yaradıcılıq mərhələsinə çatdırılan nümunəsidir. Muğamın bütün hissələri müəyyən bədii fikri müxtəlif bədii ifadə vasitələri ilə əyan edir.
Muğamın hər bir hissəsi (şaxəsi, şöbəsi, guşəsi) çox vaxt özü – özlüyündə müstəqil bir mahiyyət kəsb edir və ayrılıqda ifa edilə bilsə də, onun mütəşəkkil vahid əsas inkişaf xətti ardıcıl surətdə məntiqi qaydalara əsaslanaraq öz bütövlüyünü, tamlığını heç də itirmir. Muğam ciddi məzmunlu musiqi ilə yanaşı asan (yüngül) musiqi nümunələrini də (təsnif,rəng) özündə təcəssüm etdirir.
oxuyur: İslam Rzayev
Müşayiət edir: Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı
H.Bayramov (tar), E.Bədəlov (kamança)
Oxuyur: Xan Şuşinski
Müşayiət edir: A.Cavanşirov (tar), H.Mirzəliyev (kamança)
Oxuyur: Xan Şuşinski
Müşayiət edir: A.Cavanşirov (tar), X.Mirzəliyev (kamança)
Oxuyur: Alim Qasımov
Müşayiət edir: instrumental üçlük
Oxuyur: Hacıbaba Hüseynov
Müşayiət edir: B.Mansurov (tar), T.Bakıxanov (kamança)
Oxuyur: Arif Babayev
Müşayiət edir: Ə.Dadaşovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı
Ə.Dadaşov (tar), Ş.Eyvazova (kamança)
Oxuyur: Ağaxan Abdullayev,
Müşayiət edir: Z.Əliyev(tar), Ə.Vəzirov(kamança)
Oxuyur: Qulu Əsgərov
Müşayiət edir: Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı
Oxuyur: Əlibaba Məmmədov
Müşayiət edir: Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı
Oxuyur: Əbülfət Əliyev
Müşayiət edir: Q.Primov (tar), H.Mirzəliyev (kamança)
Oxuyur: Hacıbaba Hüseynov
Müşayiət edir: Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı,
H.Bayramov(tar)
Oxuyur: Mirəli Cəfərov
Müşayiət edir: Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı
Oxuyur: Əbülfət Əliyev
Müşayiət edir: M.Muradov (tar), F.Dadaşov (kamança)
Oxuyur: Xan Şuşinski
Müşayiət edir: A.Cavanşirov (tar), H.Mirzəliyev (kamança)
Oxuyur: Səxavət Məmmədov
Müşayiət edir: M.Müslümov (tar), F.Dadaşov (kamança)
Oxuyur: Hacıbaba Hüseynov
Müşayiət edir: Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı
S.İbrahimov (tar), E.Bədəlov (kamança)
Oxuyur: Əbülfət Əliyev
Müşayiət edir: S.İbrahimov (tar), E.Bədəlov (kamança)
Oxuyur: Ağaxan Abdullayev
Oxuyur: Əbülfət Əliyev
Müşayiət edir: Ə.Quliyevin rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı
Ə.Quliyev (tar), F.Dadaşov (kamança)
Oxuyur: Canəli Əkbərov
Müşayiət edir: V.Məmmədəliyev (tar), E.Bədəlov (kamança)