MUSİQİLİ DRAMA
OPERA
(ital. opera – hadisə, əsər) orkestrin müşayiətilə səhnədə ifa olunan musiqili dram. Burada aktyorlar musiqi mətnini oxuyurlar və vokal sənəti səhnə ustalığı ilə qovuşdurulur.
Opera libretto əsasında yazılır və pərdələrə, səhnələrə, şəkillərə bölünür.
Operanın əsas tərkib hissələri: ariyalar, reçitativlər, ansambllar, xorlar, balet səhnələri, uvertüra, simfonik antraktlar.
OPERETTA
(ital. operetta, fran. operette – kiçik opera)
komik xarakterli musiqili səhnə əsəri.
Operettada vokal musiqi, rəqs, estrada sənəti elementləri ilə aşılanmış balet, xor, danışıq dialoqları vəhdət təşkil edir.
UŞAQ OPERASI
Uşaqların həyat tərzini və ya uşaqlar üçün nəsihətli mövzuları əks etdirən opera növü uşaq operası adlanır. Məsələn, S.Hacıbəyovun Nizaminin əsəri əsasında yazdığı "İskəndər və çoban", N.Əliverdibəyovun "Cırtdan" və başqa operaları buna misaldır.
QƏHRƏMANİ OPERA
Qəhrəmanlıq mövzusundan bəhs edilən dastan və rəvayətlər əsasında yazılan opera növü qəhrəmani opera adlanır. M.İ.Qlinka "İvan Susanin", Ü.Hacıbəyli "Koroğlu", M.Maqomayev "Şah İsmayıl" və s.
EPİK OPERA
Nağıl və ya dastan sujetlərinə yazılan opera növü epik opera adlanır. Nümunə M.İ.Qlinka "Ruslan və Lyudmila", A.P.Borodin "Knyaz İqor" operaları və s.
MUSIQİLİ KOMEDİYA
musiqi janrı; komik məzmuna malik musiqili səhnə əsəri. Solistlər, xor, balet və orkestrtərəfindən ifa olunur, musiqi epizodları danışıq dialoqları ilə növbələşir.
"Arşın mal alan" musiqili komediyası. Üzeyir Hacıbəyov.
BALET
(fr. ballet, ital. ballo – oynayıram, rəqs edirəm)
1. musiqili səhnə əsəri; məzmunu rəqslərlə ifadə olunan, orkestr musiqisinin müşayiəti ilə göstərilən tamaşa; rəqslərdən ibarət teatr tamaşası.
2.Balet tamaşası üçün yazılmış musiqi əsəri; Balet musiqisi müstəqil bədii əhəmiyyət kəsb edir və konsert estradasında ifa olunur.
Müxtəlif məzmunlu baletlərdə (operada olduğu kimi) fantastik və əyləncəli süjetlərlə yanaşı, ən dərin və təsirli mövzular təcəssüm olunur.
3.Rəqs sənəti.