JANRLAR


Musiqi əsərinin növü; müxtəlif xüsusiyyətlər  
(quruluşu, ifaçı tərkibi, xarakteri, ifaçılıq mühiti və s.) əsasında müəyyənləşdirlir.




ORKESTR


SÜİTA
(fran. suite - ardıcıllıq)
bir neçə tamamlanmış pyesdən ibarət silsilə əsər; obraz məzmununa və quruluşuna görə fərqlənən pyeslər kontrastlıq prinsipi ilə növbələşir.

16-cı əsrdə İtaliyada meydana gəlmiş və professional musiqidə geniş yayılmışdır.

KONSERT
(lat. concerto, ital. conserto, alman. konzert)
razılıq; yarışma.
1.Musiqi əsərinin xüsusi bir yerdə kütləvi ifa edilməsidir. 
2.Bir və ya bir neçə solist ilə orkestr üçün, müşayiətsiz solo ifası üçün, yaxud orkestr üçün (solistsiz) bəstələnmiş virtuoz xarakterli böyük həcmli əsər.

KONSERTİNO
(ital.concertino – kiçildilmiş concerto)
kiçik həcmli instrumental konsert; adətən birhissəli olur. 

SİMFONİYA
(yun. symphonia – ahəngdar, həm saz, həm avaz)
müasir mənada sonata silsiləsi formasında yazılmış orkestr üçün əsər. 
Simfoniya  XVIII əsrdə Avropa ölkələrində instrumental musiqinin təkamülü nəticəsində meydana gəlmişdir. 
Simfoniya adətən dörd hissədən ibarət olur: 
birinci hissə – dramatik xarakterli, sonata formasında olur; 
ikinci hissə – (şərti olaraq andante adlandırılır) ağır templi, lirik xarakterlidir,üçhissəli formada, sonata və ya variasiya formasında yazılır; 
üçüncü hissə – menuet və ya skerso olur – cəld templi, dəqiq ritmli, rəqs xarakterli musiqi məzmununa malikdir, üçhissəli (təzadlı orta bölmə – trio) formadadır; 
dördüncü hissə – final coşğun, bayram əhval – ruhiyyəlidir, rondo, variasiya və ya sonata formasında olur. 
Bəzi bəstəkarların yaradıcılığında beş, altı və yeddi hissəli Simfoniyaya, bəzən bir hissəli Simfoniyaya rast gəlinir. 

SİMFONİETTA
(ital. Sinfonietta – sinfonia sözünün kiçik forması)
kiçik həcmli, qısaldılmış masştablı simfoniya.

SİMFONİK POEMA
lirik və ya dramatik məzmunlu, rəvayət xarakterli birhissəli proqramlı simfonikəsər. Adətən sərbəst formada qurulur.

SİMFONİK LÖVHƏ
təsviri proqramlı xarakterli bir hissəli simfonik əsər; proqramlı musiqinin əsas növlərindən biri. 
Simfonik löhvə sonata və üçhissəli formada yazıla bilər, lakin sərbəst quruluş onun üçün daha xarakterikdir.

SİMFONİK MUĞAM
Azərbaycan  musiqisinin bir janrı. 1948 ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. F.Əmirovun muğamların musiqi materialına və kompozisiya xüsusiyyətlərinə əsaslanaraq yazdığı “Şur” və “Kürd-Ovşarı” simfonik əsərləri ilə Azərbaycan simfonik musiqisində bu janrın bünövrəsi qoyulmuşdur.
Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan tədrici ardıcıl yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur. Bir çox Azərbaycan  bəstəkarları bu janra müraciət etmişlər.
Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, F.Əmirov “Gülüstan Bayatı-Şiraz”, T.Bakıxanov “Hümayun”, “Nəva”, “Rahab” və s. simfonik muğamlarını yaratmışlar.

UVERTÜRA
(fr. ouverture; ouvertur - açmaq)
1. Musiqili səhnə əsərinin giriş hissəsi; əsərin ideya-məzmununu əks etdirən mövzulara əsaslanır; tamaşaçıının diqqətini əsərin xarakterinə yönəldir; əsərin emosional mühitini hazırlayır. 
2.Simfonik musiqinin bir janrı; 
3. Birhissəli, adətən sonata formasında qurulan simfonik əsər.

PYES
(fr. piece)
tamamlanmış musiqi əsəri.

FANTAZİYA

(yunan: phantasia – xəyal, xülya, təsəvvür)
 fikir zənginliyi mənasında istifadə edilir. Musiqidə ənənəvi forma çərçivəsindən kənara çıxan müstəqil və sərbəst formaya malik instrumental musiqi əsəri “fantaziya” adlandırılır. Azərbaycan  bəstəkarları muğamlar əsasında fantaziyalar yaratmışlar: Üzeyir Hacıbəyovun x.ç.a. ork. üçün “Çahargah” və “Şur” fantaziyaları, Vasif Adıgözəlovun orqan üçün “Muğam fantaziyası” və s.

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1