SİMFONİYA
(yun. symphonia – ahəngdar, həm saz, həm avaz)
müasir mənada sonata silsiləsi formasında yazılmış orkestr üçün əsər.
Simfoniya XVIII əsrdə Avropa ölkələrində instrumental musiqinin təkamülü nəticəsində meydana gəlmişdir.
Simfoniya adətən dörd hissədən ibarət olur:
birinci hissə – dramatik xarakterli, sonata formasında olur;
ikinci hissə – (şərti olaraq andante adlandırılır) ağır templi, lirik xarakterlidir,üçhissəli formada, sonata və ya variasiya formasında yazılır;
üçüncü hissə – menuet və ya skerso olur – cəld templi, dəqiq ritmli, rəqs xarakterli musiqi məzmununa malikdir, üçhissəli (təzadlı orta bölmə – trio) formadadır;
dördüncü hissə – final coşğun, bayram əhval – ruhiyyəlidir, rondo, variasiya və ya sonata formasında olur.
Bəzi bəstəkarların yaradıcılığında beş, altı və yeddi hissəli Simfoniyaya, bəzən bir hissəli Simfoniyaya rast gəlinir.
Fantastik simfoniya
İfa edir: Simfonik Orkestr
dirijor – Barbara Şubert
Simfoniya 3
İfa edir: London Filarmonik Orkestri
dirijor – Otto Klemperer
Simfoniya 5
İfa edir: London Filarmonik Orkestri
dirijor – Otto Klemperer
Simfoniya 6
İfa edir: Boston Simfonik Orkestri
dirijor –Erix Laynsdorf
"Bahadır" simfoniyası
İfa edir: Dövlət Akademik Simfonik Orkestri
dirijor – Yevgeniy Svetlanov
Simfoniya №4 e-moll
İfa edir: Berlin Filarmonik Orkestri
dirijor – Klaudio Abbado