JANRLAR


Musiqi əsərinin növü; müxtəlif xüsusiyyətlər  
(quruluşu, ifaçı tərkibi, xarakteri, ifaçılıq mühiti və s.) əsasında müəyyənləşdirlir.




XOR, ORATORİYA


XOR
(yunan. choros – yığıncaq, camaat)
1.Vokal musiqinin kollektiv ifası.
2. Xor oxuması üşün təşkil edilmiş musiqi kollektivi – xor kapellası.
3.Xor üçün yazılmış musiqi əsəri.
Xor üçün zəruri sayılan əlamətlər -ansambl, kök, nüanslardan ibarətdir. Xor səslərinin sayına və keyfiyyətinə görə fərqlənir: qadın xoru, kişi xoru, uşaq xoru, qarışıq xor.
Xor dörd səs qrupuna bölünür: soprano, alt, tenor, bas.
XORAL
(lat. choralis – xor, cantus choralis – xorla oxuma)
Katolik kilsələrində latın dilində ifa olunan birsəsli oxumalardır. XVI əsrdən alman dilində çoxsəsli protestant xoralı yaranır.
Xoralın əsas xüsusiyyətləri: - ağır temp, az hərəkətli ritm, akkord üslubu. Xoral orqan müşayiəti ilə səslənir.
MESSA
(ital. messa; fr. messe; lat. missa)
xor üçün (o cümlədən, müğənni solistlər üçün) çoxhissəli əsər. İnstrumental müşayiətdən istifadə olunur, bəzən müşayiətsiz olur.
Katolik kilsədə sübh və ya günorta ibadəti zamanı ifa olunmaq üçün nəzərdə tutulan latın mətnləri əsasında bəstələnir.
PASSIONE
 ehtiras, həvəs, şövq; həm də iztirab, aləm
KANTATA
(ital. cantata, cantare – oxumaq)
1. XVII əsrin əvvəllərində (İtaliyada) sonatadan fərqli olaraq, oxumaq üçün müşayiətli əsər;
2. solist müğənnilər, orkestr, həmçinin xor üçün yazılmış, bitmiş nömrələrdən ibarət olan və konsert planında ifa olunması nəzərdə tutulan əsər.
İfa tərzinə görə kantata oratoriyaya bənzəyir; tədricən kantata və oratoriyanı müəyyənləşdirən fərqlər yox olmuşdur; böyük həcmli Kantata  oratoriyaya yaxınlaşır və adətən daha bütöv və inkişaflı süjetə malik olan lirik elementlərlə seçilir.
ORATORİYA
(lat. oratorium – nitq, bəlağət)   – xor, solist, orkestr üçün yazılmış böyük həcmli musiqi əsəri; epik-dramatik xarakterə və inkişaflı süjetə malikdir. 
REKVİYEM
(lat. “Requiem, aeternam dona eis, Domine”)
adı latın mətninin ilk cümləsi: “İlahi, onlara əbədi rahatlıq ver” sözlərindən yaranmış, ölənlərin xatirəsinə həsr olunmuş dini matəm messası.

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1