MADRİQAL
(fran. madriqal, lat. mater - ana)
İntibah dövründə (XIV-XVI əsrlər) İtaliyanın saray mədəniyyətində meydana gəlmiş musiqili-poetik janrdır. Mənşəyi qədim italyan mahnısı ilə bağlıdır. Latın dilində deyil, doğma italyan dilində oxunduğu üçün belə adlandırılmışdır. Vokal musiqidə iki, üçsəsli, hətta dörd, beşsəsli poema tipli madriqallar geniş yayılmışdı.
BALLADA
(provans. ballada – rəqs etmək)
1. İlkin mənada rəqslə müşayiət olunan provansal mahnısı; sonradan – lirik rəvayət, əfsanə xarakterli, dramatik və fantastik məzmunlu ədəbi əsər;
2. 19-cu əsrdən vokal və instrumental musiqi pyesi.
MAHNI, NƏĞMƏ
vokal musiqinin formalarından biri olub, xalq musiqi yaradıcılığında, musiqi məişətində, həmçinin professional musiqidə geniş yayılmışdır. Geniş dinləyici kütləsinə ünvanlanmış mahnılar müxtəlif janr xüsusiyyətləri ilə fərqlənir.
ROMANS
(ispan. romanse – roman dilində, yəni ispanca)
1.instrumental müşayiətlə solo səs üçün yazılan lirik mahnı.
2.Kamera – vokal musiqinin əsas janrlarından biri. Romans orta əsrlərdə İspaniyada meydana gəlib, sonra başqa ölkələrə yayılmışdır. Romansın növləri: ballada, elegiya,barkarola.
3. Vokal musiqidən iqtibas olunmuş lirik xarakterli instrumental pyes.