ROMANS
(ispan. romanse – roman dilində, yəni ispanca)
1.instrumental müşayiətlə solo səs üçün yazılan lirik mahnı.
2.Kamera – vokal musiqinin əsas janrlarından biri. Romans orta əsrlərdə İspaniyada meydana gəlib, sonra başqa ölkələrə yayılmışdır. Romansın növləri: ballada, elegiya, barkarola.
3. Vokal musiqidən iqtibas olunmuş lirik xarakterli instrumental pyes.