JANRLAR


Musiqi əsərinin növü; müxtəlif xüsusiyyətlər  
(quruluşu, ifaçı tərkibi, xarakteri, ifaçılıq mühiti və s.) əsasında müəyyənləşdirlir.




AZƏRBAYCAN MUSİQİSİ


MUĞAM   
(ər. məqam – yəni vəziyyət, mövqe)
– mürəkkəb, ideya – emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən xalq musiqi dühasının gözəl məhsuludur. Muğamat yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış, kamilləşmişdir.
Muğamat – xalq vokal – instrumental kompozisiyasının ən yüksək yaradıcılıq mərhələsinə çatdırılan nümunəsidir. Muğamın bütün hissələri müəyyən bədii fikri müxtəlif bədii ifadə vasitələri ilə əyan edir.
Muğamın hər bir hissəsi (şaxəsi, şöbəsi, guşəsi) çox vaxt özü – özlüyündə müstəqil bir mahiyyət kəsb edir və ayrılıqda ifa edilə bilsə də, onun mütəşəkkil vahid əsas inkişaf xətti ardıcıl surətdə məntiqi qaydalara əsaslanaraq öz bütövlüyünü, tamlığını heç də itirmir. Muğam ciddi məzmunlu musiqi ilə yanaşı asan (yüngül) musiqi nümunələrini də (təsnif, rəng) özündə təcəssüm etdirir.
SİMFONİK MUĞAM
Azərbaycan  musiqisinin bir janrı. 1948 ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. F.Əmirov muğamların musiqi materialına və kompozisiya xüsusiyyətlərinə əsaslanaraq yazdığı “Şur” və “Kürd-Ovşarı” simfonik əsərləri ilə Azərbaycan simfonik musiqisində bu janrın bünövrəsini qoyulmuşdur.
Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan tədrici ardıcıl yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur. Bir çox Azərbaycan bəstəkarları bu janra müraciət etmişlər.
Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, F.Əmirov “Gülüstan Bayatı-Şiraz”, T.Bakıxanov “Hümayun”, “Nəva”, “Rahab” və s. simfonik muğamlarını yaratmışlar.
MUĞAM OPERA
Obrazların eləcə də bədii məzmunun açılmasında əsasən muğam musiqisindən istifadə olunan opera növü muğam opera adlanır. Dünya musiqisində heç bir analoqu olmayan  bu janrın Şərqdə  ilk yaradıcısı  Ü.Hacıbəyli olub. Onun "Leyli və Məcnun", "Rüstəm və Söhrab", Əsli və Kərəm", "Şah Abbas və Xurşud banu", "Harun və Leyla" operaları buna misaldır. Digər bəstəkarlar da  bu ənənəni davam etdiriblər. Z.Hacıbəyov "Aşıq Qərib" operası və s. 
ZƏRBİ MUĞAM
instrumental müşayiəti dəqiq və sabit ölçülü musiqidən, vokal qismi isə ritmik cəhətdən sərbəst improvizasiya əsasında ifa olunan mürəkkəb və dəyişkən vəznli muğamdan ibarət Azərbaycan orijinal xalq musiqi forması; məsələn: heyratı, şikəstə, mənsuriyyə, kərəmi, maani, ovşarı, arazbarı və s.
XALQ MAHNILARI
vokal musiqi janrı. Xalq mahnıları qədim dövrlərdən bəri yaranaraq, şifahi surətdə, yaddaş vasitəsilə nəsildən-nəslə keçmiş və təkmilləşərək, dəyişilərək müxtəlif variantlarda müasir dövrə gəlib çatmışdır.
Xalq mahnılarının sözlərinin və musiqisinin müəllifləri məlum deyil. Çox zaman bu mahnılar insanların hiss və duyğularının ifadəsi olaraq yaranır. Xalq mahnısı xalqın arzu və düşüncələrini, onun dünyagörüşünü, həyat tərzini və məişətini, əmək prosesini, adət və ənənələrini, mərasimlərini əks etdirir.
Növləri:
a) Əmək mahnıları - əkinçiliklə, maldarlıqla, sağıcılıqla, xalçaçılıqla və digər xalq sənət növləri ilə bağlı mahnılar.
b) Mərasim mahnıları – mövsüm (təqvim) mərasimlərilə bağlı mahnılar: yazın gəlməsi ilə qeyd olunan Novruz mərasimində oxunan mahnılar; ailə mərasimləri ilə - toy və matəm mərasimləri ilə bağlı mahnılar.
c) Məişət mahnıları – beşik mahnıları: laylay, ninni, oxşama; uşaq mahnıları, lirik mahnılar, yumorlu və satirik mahnılar.
d) Tarixi mahnılar – xalq qəhrəmanları və tarixi hadisələrlə bağlı mahnılar.
XALQ RƏQSLƏRİ
xalq tərəfindən yaradılan və xalq məişətində geniş yayılmış rəqslər.
AŞIQ HAVALARI
xalq tərəfindən yaradılan və xalq məişətində geniş yayılmış rəqslər.
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1