XALQ MAHNILARI
vokal musiqi janrı. Xalq mahnıları qədim dövrlərdən bəri yaranaraq şifahi surətdə, yaddaş vasitəsilə nəsildən-nəslə keçmiş və təkmilləşərək, dəyişilərək müxtəlif variantlarda müasir dövrə gəlib çatmışdır.
Xalq mahnılarının sözlərinin və musiqisinin müəllifləri məlum deyil. Çox zaman bu mahnılar insanların hiss və duyğularının ifadəsi olaraq yaranır. Xalq mahnısı xalqın arzu və düşüncələrini, onun dünyagörüşünü, həyat tərzini və məişətini, əmək prosesini, adət və ənənələrini, mərasimlərini əks etdirir.
Növləri:
a) Əmək mahnıları - əkinçiliklə, maldarlıqla, sağıcılıqla, xalçaçılıqla və digər xalq sənət növləri ilə bağlı mahnılar.
b) Mərasim mahnıları – mövsüm (təqvim) mərasimlərilə bağlı mahnılar: yazın gəlməsi ilə qeyd olunan Novruz mərasimində oxunan mahnılar; ailə mərasimləri ilə - toy və matəm mərasimləri ilə bağlı mahnılar.
c) Məişət mahnıları – beşik mahnıları: laylay, ninni, oxşama; uşaq mahnıları, lirik mahnılar, yumorlu və satirik mahnılar.
d) Tarixi mahnılar – xalq qəhrəmanları və tarixi hadisələrlə bağlı mahnılar.
Oxuyur: Mehman Hacıbəyli
Oxuyur: Mələkxanım Eyyubova
Oxuyur: Fatma Mehrəliyeva
Oxuyur: İlahə Fəda
Oxuyur: Yaqut Abdullayeva
Oxuyur: Bülbül
Oxuyur: Rəşid Behbudov
Oxuyur: Lütfiyar İmanov
Oxuyur: Alim Qasımov
Oxuyur: Nəzakət Teymurova
Oxuyur: Cabbar Qaryağdıoğlu
Oxuyur: Xan Şuşinski
Oxuyur: Bülbül
Oxuyur: Rəşid Behbudov
Oxuyur: Rəşid Behbudov
Oxuyur: Bülbül
Oxuyur: Elnarə Abdullayeva
Oxuyur: Xan Şuşinski
Oxuyur: Qədir Rüstəmov
Oxuyur: Şövkət Ələkbərova
Oxuyur: Fədayə Laçın.