MUĞAM OPERA
Obrazların eləcə də bədii məzmunun açılmasında əsasən muğam musiqisindən istifadə olunan opera növü muğam opera adlanır. Dünya musiqisində heç bir analoqu olmayan bu janrın Şərqdə ilk yaradıcısı Ü.Hacıbəyli olub. Onun "Leyli və Məcnun", "Rüstəm və Söhrab", Əsli və Kərəm", "Şah Abbas və Xurşud banu", "Harun və Leyla" operaları buna misaldır. Digər bəstəkarlar da bu ənənəni davam etdiriblər. Z.Hacıbəyov "Aşıq Qərib" operası və s.