JANRLAR


Musiqi əsərinin növü; müxtəlif xüsusiyyətlər  
(quruluşu, ifaçı tərkibi, xarakteri, ifaçılıq mühiti və s.) əsasında müəyyənləşdirlir.




KAMERA


DUET

(alman. Duett, lat. duo - iki)

1.İki ifaçıdan - müğənni və ya çalğıçıdan ibarət ansambl.

2.İki ifaçı üçün bəstələnmiş əsər; hər ifaçının məxsusi partiyası olur.

Duettino – kiçik həcmli duet.

TRİO
(ital. trio, tre – üç sözündən)
1. Üç ifaçıdan ibarət ansambl; vokal musiqidə - terset.
2. Üç ifaçı üçün nəzərdə tutulan, hər birinin ayrıca partiyası olan musiqi əsəri.
3. Üçhissəli formada yazılmış marş, vals, menuet, skerso kimi musiqi əsərlərində orta bölmənin adı. Qədim dövrlərdə instrumental musiqi əsərlərində kənar hissələr orkestr tərəfindən, orta bölmə isə kontrast səslənmə yaratmaq üçün üç ifaçı tərəfindən ifa olunduğuna görə belə adlandırılırdı.

ANSAMBL
(fr. ensemble – birgə, birlikdə) 

1.İki və daha artıq musiqiçidən, müğənnidən və ya instrumentalistdən ibarət olan, birgə musiqi əsərini ifa edən qrup.
Musiqiçilərin sayına görə Ansambl duet, trio (terset), kvartet, kvintet, sekstet, septet, oktet, nonet, desimet ola bilər; Ansambl həmçinin, xor və orkestrlərə də aid edilir.
2.Bir neçə iştirakçının ifa etməsi üçün nəzərdə tutulan pyes.
3. Bir neçə iştirakçının birgə ifa etdiyi pyes.
“Yaxşı ansambl” ifadəsi bütöv bir Ansamblda iştirak edən səslərin və ya alətlərin mükəmməl, həmahəng səslənməsini bildirir.

KVARTET
4 musiqiçidən ibarət ansambl kvartet adlanır. İfaçıların tərkibinə görə  kvartetlər vokal, vokal instrumental və instrumental ansambllara ayrılır. Alətlərin tərkibinə görə isə kvartetlər simli və qarışıq ansambllara bölünür. Son illərin klassik musiqisində əsasən qarışıq kvartetlərə rast gəılinir. Belə ki, fortepiano (skripka, alt və violonçel), fleyta (skripka, alt və violonçel), qoboydan  ( qoboy və 3 skripka)   ibarət qarışıq kvartetlər var.  Müxtəlif tərkibli  saksafonlardan ibarət kvartetlər də var. Kvartetlə akademik musiqidən kənar yəni jaz, rok və pop musiqisində də rast gəlinir. İlk klassik kvartetləri Y.Haydn,  V.A.Mosart, L.V.Bethoven yazıb, sonralar bu ənənəni D.Şostakoviç də davam etdiriblər.

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1