JANRLAR


Musiqi əsərinin növü; müxtəlif xüsusiyyətlər  
(quruluşu, ifaçı tərkibi, xarakteri, ifaçılıq mühiti və s.) əsasında müəyyənləşdirlir.



ORKESTR

 

 

 

SİMFONİK MUĞAM
Azərbaycan  musiqisinin bir janrı. 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. F.Əmirov muğamların musiqi materialına və kompozisiya xüsusiyyətlərinə əsaslanaraq yazdığı  “Şur” və “Kürd-Ovşarı” simfonik əsərləri ilə Azərbaycan simfonik musiqisində bu janrın bünövrəsi qoymuşdur.
Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan tədrici ardıcıl yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur. Bir çox Azərbaycan  bəstəkarları bu janra müraciət etmişlər.
Niyazi “Rast”, S.Ələsgərov  “Bayatı-Şiraz”, F.Əmirov “Gülüstan Bayatı-Şiraz”, T.Bakıxanov  “Hümayun”,  “Nəva”,  “Rahab” və s. simfonik muğamlarını yaratmışlar.

 

F. Əmirov

"Şur"  simfonik muğam

İfa edir:  Rusiya Dövlət Simfonik Orkestri

dirijor – Dmitriy Yablonski

Loading the player...
Niyazi

"Rast" simfonik muğam 

İfa edir: Azərbaycan Dövlət Simfonik Orkestri

dirijor – Niyazi

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1