Valtorn
(alm. Walthorn – meşə şeypuru; ital. corno)
Mis nəfəs aləti, yumşaq tembrli səslənməyə malikdir.
Simfonik orkestrdə və nəfəsli orkestrdə adətən cüt sayda istifadə olunur, həm solo, həm də müşayiətçi alət kimi tətbiq olunur.
İki növü var:
1.Natural valtorn – XIX əsrin 30-cu illərinə qədər yayılmışdır. Kiçik həcmli natural səssırasına malikdir.
2.Ventilli valtorn – XIX əsrin 30-ci illərindən ifaçılıq praktikasına daxil olub. Təkmilləşmiş alətdir, xromatik səssırasına malikdir. Səslənmə diapazonu kontroktavanın si səsindən ikinci oktavanın fa səsinə kimi əhatə edir.