Klavişli alətlər klavişlərin vasitəsilə ifa olunan alətlərdir. Klavişli alətlər qrupuna fortepiano, klavikord, klavesin, orqan, royal, pianino, bayan, çelesta, akkardeon aiddir.
Klavişli alətlər hələ Orta əsrlərdə inkişaf tapmışdır. Bu alətlərdən orqan ən qədim alətdir. Əsasən də kilsədə ifa olunardı. Bir çox bəstəkarlar xüsusən də İ.S.Baxın əsərlərini qeyd etmək lazımdır. Lakin ilk simli klavişli alət isə Klavikorddur.
Orta əsrlərin sonunda yaranmışdır.Eyni zamanda klavesin adlı alət isə XV əsrdə İtaliyada yaranmışdır.
Sonralar artıq 1709-cu ildə italiyalı Bartolomeo Kristofor fortepiano alətini yaratdı. Bu alət üçün demək olar ki, bəstəkarlıq məktəbinin yaradıcıları müraciət etmiş və əsərlər yazmışlar.