MUSİQİ ALƏTLƏRİ


Müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu.
Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir.



KLASSİK KLAVİŞLİ ALƏTLƏRİ



Orqan

(yun. Organon – alət)

 

Iri həcmli nəfəsli klavişli alət, çoxsaylı borulardan ibarətdir. Borular müxtəlif registrə uyğun köklənir. Alətin ümumi diapazonu genişdir və bərabər temperasiyalı səssırasını tam əhatə edir.

 

Müasir orqan mürəkkəb mexanizmə malikdir, elektromotorla hərəkətə gətirilən körüklərdən hava borulara ötürülür.

 

Orqançalan əllə (manuali) və ayaqla (pedal) klavişlərdə çalaraq aləti səsləndirir.

 

N. Əliverdibəyov

"Bayatı-Şıraz"

Orqan - Rəna İsmayılova

Loading the player...

İ. S. Bax

Tokkata və Fuqa  d-moll   

İfa edir: Saymon Preston  (orqan)

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1