Pianino
Pianino (ital. Pianino – kiçik fortepiano) – simli-klavişli musiqi alətidir. Fortepianonun növlərindən biridir.
Pianinonun simləri, mexaniki hissəsi şaquli formada olduğu üçün royaldan fərqlənir. İlk pianino 1800-cü ildə amerikalı J.Xokinsom tərəfindən icad olunmuşdur. Lakin daha müasir pianino forması XIX əsrin ortalarında formalaşmağa başlayır.
7 oktava diapazonu olan pianinoda pedalın da xüsusi əhəmiyyəti olduğu göstərilir.