MUSİQİ ALƏTLƏRİ


Müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu.
Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir.




KLASSİK NƏFƏSLİ ALƏTLƏRİ



Faqot 

(ital. fagotto – düyün; fr. fagot – bağlama, odun bağlaması)

 

Üfləmə ağac alət; üzün boru şəkilli gövdəyə və klapanlar sisteminə malik nəfəs alətidir; S şəkilli metal borucuqla əsas gövdəyə nəfəs üfürülür.

 

16-cı əsrdə İtaliyada düzəldilmişdir, 18-ci əsrin 1-ci yarısında simfonik orkestrə daxil olunmuşdur. Ağac nəfəsli alətlər qrupunda ən aşağı səsli alətdir, qalın, dolğun səsə malikdir.

 

Səs diapazonu üç oktava yarım həcmindədir (kontroktava si-bemol – ikinci oktava re, mi). Çalğı texnikası sərbəstliyi və rəngarəngliyi ilə seçilir.

 

K.M.Veber

Faqot üçün Konsert F-dur

Solist: R.Skaliç

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1