(ital. flauto – külək, meh)
Ağac nəfəsli alət. Qədim tarixə malikdir. Keçmişdə qamışdan düzəldilən fleytanı şaquli (uzununa) tutaraq çalırdılar. Əsrlər boyu bu alət təkmilləşdirilmişdir, hal-hazırda üfüqi (eninə) vəziyyətdə tutularaq çalınır.
1832-ci ildə alman fleytaçısı T.Byom tərəfindən təkmilləşdirilmişdir. İncə, məlahətli tembrə malikdir.
Diapazonu birinci oktavanın do notundan dördüncü oktavanın do notuna kimidir. İnstrumental ansamblların və simfonik orkestrin tərkibində mühüm yer tutur.
F. Əmirov
"Bulaq başında"
İfa edir: T. Hacıyev (fleyta)
V.A.Mosart
Fleyta, arfa və simfonik orkestr üçün Konsert
İfa edir: A.Qurki (fleyta), M.Kamaeva (arfa)