JANRLAR


Musiqi əsərinin növü; müxtəlif xüsusiyyətlər  
(quruluşu, ifaçı tərkibi, xarakteri, ifaçılıq mühiti və s.) əsasında müəyyənləşdirlir.



İNSTRUMENTAL

 

VARİASİYALAR
(lat. variatio – dəyişmə, təbdil)

1.Mövzu və onun bir sıra dəyişilmiş şəkildən təkrarından ibarət musiqi forması; hər bir dəyişilmiş təkrar – variasiya adlanır. 
2.Bu formada yazılmış əsər. 
Variasiya  bir obrazın müxtəlif cəhətlərini xarakterizə edir, bəzən də rəngarəng obrazlar silsiləsini xatırladır. 
Variasiya  həm xalq musiqisində və həm də professional musiqidə geniş tətbiq olunur. 
XVII–XVIII-ci əsrlərdə klassik variasiya növü təşəkkül tapır. Burada ciddi quruluşlu mövzunun faktura baxımından işlənilməsi virtuozluq elementlərini ön plana çəkirdi. Belə V. çox zaman konsert zamanı virtuoz ifaçılar tərəfindən müəyyən bir mövzu əsasında improvizə olunaraq yaradılırdı. 
XIX əsrdə isə Variasiyanın yeni tipi meydana gəldi ki, bu da silsiləni vahid bir ideya – məzmun ətrafında birləşməyə və daha iri həcmli, mürəkkəb quruluşlu Variasiyanın yaradılmasına imkan verdi.

 

P. Çaykovski

Variasiyalar. Violonçel və orkestr üçün Rococo

İfa edir: Mstislav Rostropoviç

Loading the player...
İ. Brams

"Paqanini mövzusunda variasiyalar"

İfa edir: Emil Qilels

Loading the player...

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1