FUQA
(lat., ital. fuga – qaçış)
çoxsəsli əsər növü; polifonik çoxsəslilikdə ən inkişaflı imitasiyalı forma; bir mövzunun imitasiyalı (tonika dominanta münasibətində) ifadəsinə və tonal kontrapunkt işlənməsinə əsaslanır. 3, 4, 5 səsli olur. Müxtəlif polifonik üsullardan istifadə edilir.
Fuqanın növləri: a) sadə F. (bir mövzuya əsaslanır); b) ikili Fuqa (iki mövzu əsasında); c) üçqat Fuqa (üç mövzuya əsaslanır).
Fuqa həm müstəqil əsər kimi yazılır, həm də prelüdiya ilə birgə verilir, silsilə formanın bir hissəsi də ola bilər.
Bax İohann Sebastian
"Yaxşı temperasiya olunmuş klavir" I cild.
İfa edir: Svyatoslav Rixter
Bax İohann Sebastian
"Yaxşı temperasiya olunmuş klavir" II cild.
İfa edir: Svyatoslav Rixter
Bax İohann Sebastian
Prelud və Fuqa №18 gis-moll
İfa edir: Qlen Quld (piano)
Ş. Dmitri
24 prelüd və fuqa fortepiano üçün
İfa edir: Boris Petruşanskiy
İfa edir: Keyt Jarret
İfa edir: Vladimir Viardo