Marş
(fr. marche – addımlamaq, irəli hərəkət etmək)
4/4 ölçülü xanədə dəqiq ritmə malik pyes (nadir hallarda 2/4 və ya 6/8 ölçüdə olur), kollektiv yürüşü müşayiət etmək üçün nəzərdə tutulur.
Marş musiqisindən addımlayan insanların hərəkətini birləşdirmək üçün, onlarda müəyyən əhval – ruhiyyə yaratmaq üçün istifadə olunur.
Marş xarakterinə görə müxtəlif növlərə bölünür: təntənəli marş, yürüş marşı, qarşılama marşı, matəm marşı və s. Hərbi hissələrdə nəfəsli orkestr tərəfindən ifa olunan nizami marşlar çox tətbiq olunur. Marş müxtəlif növlərində öz əksini tapan bədii obrazlardan instrumental musiqidə və mahnılarda istifadə edilir.
E. Dadaşova
Marş
Dirijor: Yusif Axundzadə
M. Qlinka
Çernomorun marşı
İfa edir: Böyük Teatrın Orkestri, dirijor: K.Kondraşin.
C. Quliyev
"Abşeron marşı"
Dirijor: Yusif Axundzadə
C. Quliyev
"Əsgər marşı"
V. A. Mosart
"Türk marşı"
C. Verdi
"Aida". The Triumphal March
İfa edir: Arena di Veronanın orkestr və xoru