Kastanyetlar
(isp. castanetas, lat. castanea - şabalıdı)
İki və ya üç ağacdan, plastinkadan (lövhə), bir qurtaracağında iplə sərbəst birləşdirilən kiçik zərb aləti; Orkestr Kastanyeta dəstə (qulp) ilə təchiz olunur.
Kastanyeta barmaqlara geyinirlər (orkestrda tutacağından tuturlar); plastinkaları bir – birinə vurduqda şıqqıldayan, qırıq səslər yaranır.
İspaniyada, Cənubi İtaliyada, Latın Amerikası ölkələrində Kastanyeta xalq çalğı aləti olduğuna görə daha çox yayılmışdır; rəqslərdə rəqs edənlər özlərini Kastanyetada müşayiət edirlər.
Simfonik orkestrdə ispan və neopolitan xarakterli musiqinin ifa edilməsində Kastanyeta xüsusi yer tutur.