MUSİQİ ALƏTLƏRİ


Müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu.
Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir.



KLASSİK SİMLİ DARTIMLI ALƏTLƏRİ



Arfa

(ital. arpha)
Üçbucaq formasında çərçivənin içərisinə müxtəlif uzunluqda və kökləmədə simlər çəkilmiş, barmaqla çalınan simli alət.

 

Qədim dövrlərdə yaranmış Arfa XIX əsrin əvvəllərində təkmilləşdirilmişdir. Müasir Arfa 46 simli olur: səs düzümü bemollu (do–bemol, re–bemol, mi–bemol və s.) pillələrdən ibarətdir və yeddi pedalın vasitəsilə yenidən köklənir; hər bir pedal eyni bir vaxtda bütün oktavalarda (kontraktavada Ces və Des səslərindən başqa) eyni adlı səsləri yarımton və ya bir ton yüksəldir.

 

Arfanın simlərinin köklənməsi latın əlifbası ilə muta in sözləri ilə göstərilir.

Diapazonu kontraktava do–bemoldan dördüncü oktava fa–diyezə qədərdir; notlar akkolada ilə birləşən iki not xəttində, adətən, skripka və bas açarlarında yazılır (fortepianoda olduğu kimi).

Arfa çox incə tembrə malikdir. Çalma texnikası müxtəlifdir, akkord, arpecio, qlissando,flajolet və s. üsullardan istifadə olunur.


Z. Bağırov

"Çahargah" 4 arfa üçün rapsodiya

Loading the player...

Q.F.Hendel

Arfa və orkestr üçün Konsert №6 B-dur

İfa edir: Samara Dovlət Filarmoniyasının Kamera Orkestri

Loading the player...

responsive website builder by Mobirise 1.7.1