MUSİQİ ALƏTLƏRİ


Müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu.
Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir.




AZƏRBAYCAN ZƏRBLİ ALƏTLƏRİ



Dümbək

 

Qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir.

 

Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir.

 

Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünəməxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.

 

Dümbəkin səslənməsi
Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1