MUSİQİ ALƏTLƏRİ


Müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu.
Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir.



AZƏRBAYCAN ZƏRBLİ ALƏTLƏRİ



Dəf

 

Milli musiqi mədəniyyətinin tarixi inkişaf mərhələsində özünəməxsus rolu olmuş zərb çalğı alətlərindən biri də dəfdir. Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi.

 

Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olmuşdur.

 

Xaqani Şirvani dəf barədə belə yazır:

Bir dəf vuran ustanı gör,

Səfsəf duran heyvanı gör,

Dəfdə şikaristanı gör,

Bir-biri ilə cəng arar.

 

Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır.

 

Dəfin diametri 250-260 mm, sağanağının qalınlığı 45-50 mm-dir. Hazırda nadir hallarda istifadə olunur.

 

Dəfin səslənməsi
Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1