Eramızdan çox-çox əvvəllərə aid edilən zərb, nəfəs və simli musiqi alətlərinin çoxsaylı növləri tarix boyu inkişaf etmiş, təkmilləşmiş və milli musiqi xəzinəmizin əsasını təşkil etmişdir.
Çeşidinə və geniş yayılma arealına görə simli alətlərin Azırbaycan musiqi mədəniyyətində müstəsna yeri vardır. Simli musiqi alətləri ifa tərzinə görə 4 qrupa bölünür:
1. Mizrabla çalınanlar (tar, saz, ud, qaqnun, bərbət, rud, rübab, qopuz, çoğur),
2. Kamanla çalınanlar (kamança, çəqanə),
3. Barmaqla çalınanlar (çəng, Şirvan tənburu),
4. Zərblə çalınanlar (səntur).