Varadi Yuliya (1941)
Yuliya Varadi 1941-ci ildə Macarıstanın Nad Varad şəhərində anadan olmuşdur. Artıq 6 yaşında skripka alətində, sonra 14 yaşında isə Emilii Poppdan vokal dərslərini alır. 1962-ci ildə messo-soprano kimi M.Qlukun “Orfey və Evredika” operasından Orfeyin partiyasını Kluj-Napok operasının teatrında ifa edir. Yuliya bir sıra opera teatrlarında çalışmışdır.
Bura 1970-ci ildə daxil olduğu Frankfurt operası, 1973-cü ildə Münxen şəhərində Bavariya Dövlət Operası, sonralar Berlində alman operası daxildir. Varadi bir sıra - Londonda Kovent-Qarden teatrı, Vyana operası, Nyu-Yorkda Metropoliten operası, Milanda La-Skala operasında konsertlər vermişdir. Hal-hazırda Eysler adına Berlin musiqi məktəbində tədris edir.
İfa edir: YuliyaVaradi, Franko Taqliavini, Leo Nucci
İfa edir: Julia Varady - soprano, Jörg Fadle - clarinet,
Berlin RIAS Chamber Chorus,
Berlin Radio Symphony Orchestra, Gerd Albrecht - dirijor