AZƏRBAYCAN İFACILARI
Axundova Yeganə Əskər qızı
(22.05.1960)
Yeganə Axundova 1960-cı ildə mayın 22-də Şəkidə anadan olub. 1983-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında N.Usubovanın fortepiano sinfini bitirib, 1885-ci ildə isə professor N.Naumovun rəhbərliyi altında Moskva Konservatoriyasında təcrübə keçib. Y.Axundovanın repertuarında müxtəlif dövrə və cərəyanlara aid olan Azərbaycan və Qərb bəstəkarlarının əsərləri geniş yer tutur.
O. Budapeşt, İsrail, Türkiyə, İngiltərə və bu kimi ölkələrin konsert salonlarında onların orkestrləri ilə bir sıra məşhur dirijorların təfsirində çoxlu sayda çıxışlar edib. Bu gün də mahir pianoçunun qastrol səfərləri onun yaradıcılığına yeni səhifələr yazır. Y.Axundova 1984-cü ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllimlik fəaliyyətinə başlayıb. 2003-cü ildə dosent, 2009-cu ildə isə professor elmi dərəcələrinə yiyələnib.