İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Adıgözəlov Yalçın Vasif oğlu (1959)

 

Yalçın Adıgözəlov 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Musiqi ilə məşğul olmağa atasının-tanınmış azərbaycan bəstəkarı Vasif Adıgözəlovun rəhbərliyi ilə başlamışdır. Y.Adıgözəlov pianoçu kimi Bülbül adına orta-ixtisas musiqi məktəbini bitirərək, 1982-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano ixtisası üzrə professor Rauf Atakişiyevin sinfində təhsil almışdır.
1983-cü ildə N.A.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Dövlət Konservatoriyasına dirijorluq ixtisası üzrə daxil olmuşdur. 1984-1989-cü illərdə Leninqrad (Sankt-Peterburq) konservatoriyasında opera simfonik dirijorluğu ixtisası üzrə maestro İ.A. Musindən dərs almışdır. Konservatoriyanı bitirdikdən sonra Bakı şəhərinə qayıtmış və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində dirijor kimi çalışmağa başlamışdı. 1991-1992-ci illərdə Vyana Musiqi Akademiyasında professor Karl Esterrayxerin yanında təcrübə keçmişdir.
1991-ci ildən 1998-ci ilədək Yalçın Adıgözəlov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. 2001-ci ildən maestro Adıgözəlov İstanbul Opera və Balet Teatrının dirijoru olmuşdur. Yalçın Adıgözəlov bir çox aparıcı Rusiya Milli Orkestri, P.İ.Çaykovski adına Böyük Simfonik orkestri, Sankt-Peterburq filarmoniyasının orkestri, ABŞ, İspaniya, Avstriya, Belçika,Rumıniya və bir çox aparıcı simfonik orkestrlərlə əməkdaşlıq etmişdir. Dirijor M. Rostropoviç, N. Petrov, S. Stadler, İ. Moniqetti kimi çox tanınmış musiqiçilərlə çıxış etmişdir. 1997-ci ildən pedaqoji fəaliyyətilə məşğul olmuşdur, Bakı Musiqi Akademiyasının dosentidir.
2012-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüşdür. 2012, 2014 və 2015-ci illərdə Prezident Mükafatına layiq görülmüşdür.

 

Adıgözəlov Vasif

Konsert № 4 fortepiano və simfonik orkestr üçün.

İfa edir:  Azərbaycan Dövlət Simfonik Orkestri

dirijor -  Yalçın Adıgözəlov, solist – Murad Adıgözəlzadə.

Loading the player...
Əmirov Fİkrət

"Azərbaycan kapriççiosu"

İfa edir: Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor - Y.Adıgözəlov

Loading the player...
Hacıbəyov Soltan

"Karvan" simfonik lövhə

İfa edir: Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor - Y.Adıgözəlov

Loading the player...
Qarayev Qara

"Leyli və Məcnun"simfonik poema

İfa edir: Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor - Y.Adıgözəlov

Loading the player...
Əmirov Fikrət

“Kürd-Ofşarı”  (simfonik muğam.949)

Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor: Yalçın Adıgözəlov

Loading the player...
Zülfüqarov Oqtay

"Bayram" uvertyurası

İfa edir: Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor - Y.Adıgözəlov

Loading the player...

 

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1