Qasımova Xuraman Əkrəm qızı (06.06.1951)
Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı. "Şöhrət" və "Şərəf" ordeni laureatı.Bakı Musiqi Akademiyasında dərs deyir (1993-cü ildən solo oxuma kafedrasının müdiri, 1996-cı ildən professor) 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur.
Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: Sevil və Dilbər ("Sevil" F.Əmirov), Nigar ("Koroğlu" Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema" C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida" C.Verdi), Tatyana ("Yevgeni Onegin" P.Çaykovski), Xurşudbanu Natəvan (Natəvan V. Adıgözəlov) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin (1977) və Mariya Kallas adına Beynəlxalq müsabiqənin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P.İ.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"). 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1993-cü ildən "Solo oxuma" kafedrasının müdiri, 1996-cı ildən professor), 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan,Çexoslavakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.
"Bakı"
İfa edir: Xuraman Qasımova
"Besame mucho"
İfa edirlər: Xuraman və Fidan Qasımovalar
"Zabit tak skoro"
İfa edirlər: Xuraman Qasımova
"Bakı haqqında mahnı"
İfa edirlər: Xuraman və Fidan Qasımovalar
"To bılo ranneyu vesnoyu"
İfa edirlər: Xuraman Qasımova
"Den li tsarit"
İfa edirlər: Xuraman Qasımova
"Aida" operası. Aidanın ariyası
İfa edirlər: Xuraman Qasımova
"Turandot" operası. Lyunin ariyası
İfa edirlər: Xuraman Qasımova
"Kapuleti və Monteki" operası. Cülyettanın ariyası
İfa edirlər: Xuraman Qasımova
"Kapuleti və Monteki" operası. Cülyettanın ariyası
İfa edirlər: Xuraman Qasımova
"Küçələrə su səpmişəm"
İfa edirlər: Xuraman Qasımova
"Qurban adına"
İfa edirlər: Xuraman Qasımova
"Gəlmədin"
İfa edirlər: Xuraman Qasımova
Xalq mahnısı
İfa edirlər: Xuraman Qasımova
Xalq mahnısı
İfa edirlər: Xuraman Qasımova
"Axşam"
İfa edirlər: Xuraman Qasımova
"Qızlar mahnısı"
İfa edirlər: Xuraman Qasımova
"Bu gecə"
İfa edirlər: Xuraman Qasımova
Xalq mahnısı
İfa edirlər: Xuraman Qasımova