İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

DÜNYA İFACILARI

 

Vladimir Davidoviç Aşkenazi (1937)

 

 

1937-ci ildə məşhur rus estrada ifaçısı David Aşkenazinin ailəsində anadan olmuşdur. 1945-ci ildə Mərkəzi musiqi məktəbinə daxil olmuşdur. Onun ilk konserti F.Şopenin əsərlərindən ibarət olmuşdur.

 

Bu konsert 1955-ci ildə Moskvanın Böyük Zalında keçirilmişdir. Elə həmin ildə də Konservatoriyaya daxil olan Aşkenazi L.Oborinin sinfində təhsil alır. 1957-ci ildən onun xarici ölkələrə ilk konsert və qastrol səfərləri başlayır. Belə ki bu qastrol səfərlərində ifaçı bir sıra mükafatlara layiq görülür. Bura - Varşavada keçirilən F.Şopen adına konkursda II mükafat, Brusseldə isə Şahzadə Yelizaveta adına Konkursda I mükafat aiddir.

 

1962-ci ildə P.İ.Çaykovski adına II Beynəlxalq Konkursda I mükafata layiq görülmüşdür. London şəhərində çıxışından sonra burada məskunlaşaraq yaradıcılıq fəaliyyətini davam etdirir. İfaçılıqla yanaşı həm də dirijor kimi çıxışlar edir. Aşkenazi 7 dəfə “Qremmi” mükafatına layiq görülüb. Həmçinin də Aşkenazi London Filarmonik Orkestrinin (1987-1994), Klivlend Simfonik Orkestrinin rəhbəri kimi bir çox ölkələrdə konsert çıxışları etmişdir. Haı-hazırda da öz yaradıcılıq fəaliyyətini böyük fəxrlə davam etdirir.

 

S.Raxmaninov.

Piano Concerto № .2 c-moll, Op.18 - III. Allegro scherzando

İfa edir: piano - Vladimir Aşkenazi

Loading the player...
F.Şopen.

Vals №19 lya minor Op. posth

İfa edir: piano - Vladimir Aşkenazi

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1