İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Ələkbərova Şövkət Feyzulla qızı (20.10.1922 - 07.02.1993)

 

 

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir.

 

Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxumuş, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

 

Bağırov Zakir

"Romans" 

İfa edir:  Şövkət Ələkbərova

Loading the player...
Cahangirov Cahangir

"Durnalar"

İfa edir: Şövkət Ələkbərova

Loading the player...
Rüstəmov Səid

"Gəlmədin"

İfa edir: Şövkət Ələkbərova

Loading the player...
Sabitoğlu Emin

"Dərələr"

İfa edir: Şövkət Ələkbərova

Loading the player...
Quliyev Tofiq

"Axşam mahnısı"

İfa edir: Şövkət Ələkbərova

Loading the player...
Firəngiz Babayeva

"Könlüm"

İfa edir: Şövkət Ələkbərova

Loading the player...
Bağırov Zakir

"Niyə susdun gözəl oğlan" 

İfa edir:  Şövkət Ələkbərova

Loading the player...
E. Sabitoğlu

"Güller"

Söz. N. Rəfibəyli

İfa edir:  Şövkət Ələkbərova

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1