İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Şuşinski Seyid (1889 - 1965)

 

 

Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi idi. Cabbar Qaryağdıoğlu onu "Şərq musiqisinin incisi" adlandırmışdı.
Seyid Şuşinski 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirrlərinə yiyələnmək üçün ən əvvəl iki il Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Cahangah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu.

 

Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəlləri ilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şerlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şeirini "Müxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. "Ayıl ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərmişdi.

 

Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. Seyid Şuşinski "Cahargah"dan başqa "Mahur", "Nəva", "Məsnəvi", "Mani", "Arazbarı", "Heyratı" kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxumuşdur. ("Rast-Humayun", "Qatar-Bayatı", "Şur-Şahnaz") "Rast"da və "Kürdi-Şahnaz"da "Dilkəş"i ilk dəfə Seyid Şuşinski ifa etmişdi.
Seyid Şuşinski 1965-ci ilde 76 yasında vefat etmisdir.

 

"Bayatı Şiraz"

İfa edir: Şuşinski Seyid

Loading the player...
"Mənsuriyyə"

İfa edir: Şuşinski Seyid

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1