İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Rixter Svyatoslav Teofiloviç (20.03.1915 - 01.08.1997)

 

 

Svyatoslav Rixter 1915-ci ildə Ukraynanın Jitomir şəhərində musiqiçilər ailəsində dünyaya gəlib. 1922-ci ildə ailə Odessa şəhərinə köçür. Burada Rixter bəstəkarlıq və fortepianodan dərs keçir. Rixterin ilk ifa etdiyi əsər F.Şopenin nokturn olmuşdur. İlk solo konserti də məhz F.Şopenin əsərlərindən ibarət idi.

 

1937-ci ildə Rixter Moskva Konservatoriyasına Q.Neyqauzun fortepiano sinfi üzrə daxil olur. 1940-cı ildə Konservatoriyanın kiçik zalında S.Prokofyevin 6-cı sonatasını ifa etmişdir. Müharibə illərində Rixter Moskva və SSRİ-nin bütün şəhərlərində, hətta blokadada olan Leninqrad (indiki Sankt-Peterburq) şəhərində də qastrol səfərlərində olmuş, konsertlər vermişdir. Bir sıra musiqi xadimləri ilə dostluq nəticəsində Rixteri qərb ölkələrində qastrol səfərlərinə getmək icazə verilmirdi. Buna baxmayaraq, Rixter dostlarından S.Prokofyevin əsərlərini (9-cu sonatası, M.Rastropoviçin iştirakı ilə) böyük həvəs və məharətlə ifa edirdi.

 

1960-cı ildə Nyu-York və Amerikanın bir çox şəhərlərində verdiyi konsertlər böyük əks-sədaya səbəb olmuşdur. Elə həmin ildə də Rixter İ.Bramsın 2-ci fortepiano konsertinin ifasına görə “Qremmi” mükafatına layiq görülmüşdür. Rixterin konsert repertuarı çox geniş idi. Buraya barokko musiqisi və XX əsr bəstəkarlarının əsərləri aid idi. Rixter bir sıra festivalların yaradıcısıdır. Dövlət tərəfindən də həmişə diqqət mərkəzində olmuş, bir sıra orden, mükafatlatla təltif olunmuşdur. 1950-ci ildə Stalin, 1961-cı ildə Lenin mükafatlarının laureatı, 1961-ci ildə SSRİ-nin Xalq Artisti adına layiq görülmüşdür.

 

 

S.Raxmaninov

24 prelüdlər fortepiano üçün

İfa edir:  Svyatoslav Rixter

Prelüd c-moll, op.23, № 7
Loading the player...
Prelüd g-moll, op.23, № 5
Loading the player...
Prelüd h-moll, op.23 №10
Loading the player...
S.Raxmaninov

Konsert №2

İfa edir: Varşava Filarmonik Orkestri, dirijor – Stanislav Vislovskiy

solist – Svyatoslav Rixter

1 hissə
Loading the player...
2 hissə
Loading the player...
3 hissə
Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1