İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Sürəyya xanım Qacar (01.05.1910 - 1992)

 

Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının xalq artisti (1954).

 

Sürəyya xanım Şəmsəddin Mirzə qızı 1 may 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm" operaları, "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları. Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib" Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968-ci ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi. Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 1992-ci ildə vəfat edib. Sürəyya xanım Qacar Azərbaycan Respublikasının xalq artisti fəxri adını almış, 2 "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi.

 

Xalq mahnısı "Get ay batandan sonra gəl"

İfa edir: Sürəyya Qacar

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1