İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

DÜNYA İFACILARI

 

Lemeşev Sergey Yakovleviç (1902-1977)

 

 

Sergey Lemeşev 1902-ci ildə Tver quberniyasının Staroe Knyazevo kəndində sadə kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini kilsədə məktəbdə almışdır.

 

1921-1925-ci illərdə Moskva Konservatoriyasında təhsilini davam etdirir. 1924-cü ildə Böyük Teatrın K.Stanislavskiy adına Opera studiyasında oxuyur. Lemeşev bir çox opera teatrlarının solisti kimi müxtəlif əsərlərin baş qəhrəmanlarının ifaçısı olmuşdur. 1929-1931-ci illərdə Tiflis Opera və Balet Teatrında solist, 1931-ci ildə Böyük Teatra dəvət alaraq burada da öz peşəkar ifaçılıq ustalığını göstərir. 1957-ci ilə qədər Lemeşev tenor kimi fəaliyyət göstərib. 1939-cu ildə musiqili komediya sahəsində də özünəməxsus fəaliyyəti ilə fərqlənib.

 

1947-ci ildə Berlin Dövlət Opera Teatrının səhnəsində P.İ.Çaykovskinin “Yevgeniy Oneqin” operasından Lenskinin obrazını böyük ustalıqla ifa etmişdir. Həmçinin opera rejissoru kimi də fəaliyyət göstərmişdir.1951-1961-ci illərdə "Opera hazırlığı" kafedrasına rəhbərlik etmiş, 1969-1971-ci ildən isə Moskva Konservatoriyasında "Solo oxuma" kafedrasında çalışmışdır. 1941-ci ildə Stalin mükafatının laureatı, 1950-ci ildə SSRİ-nin Xalq Artisti adına layiq görülmüşdür.

 

J.Puççini. "Toska" operası. Kavaradossinin ariyası

İfa edir: Sergey Lemeşev

Loading the player...
P.İ.Çaykovski. "Yevgeniy Onegin" operası. Lenskinin ariozosı.

İfa edir: Sergey Lemeşev

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1