İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Rafiq Quliyev ( 1934 - 2007 )

 

Azərbaycanın Əməkdar Artisti, Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan ifaçılıq sənətinin parlaq nümayəndələrindən biri - Rafiq Quliyev 1934-cü il dekabrın 5-də anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində 7 yaşından musiqi ilə məşğul olmağa başlayıb. Musiqinin sirli aləmində ilk müəllimləri Reqina Siroviç və M.Brener kimi tanınmış musiqiçilər olublar.

 

1952-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında məşhur Aleksandr Qoldenveyzerin şagirdi olmuş Fəridə Quliyevanın sinfinə daxil olur. Fitri istedadı, əsl professionallara məxsus məktəb, ən başlıcası isə seçdiyi sənətə sədaqətiylə Rafiq Quliyev Moskva Dövlət Konservatoriyasının aspirantı olur. Burada o, Abram Şatskesin və Yakov Fliyerin tələbəsi olur.

Aspiranturanı bitirdikdən sonra Bakıya qayıdan Rafiq Quliyev doğma konservatoriyanın divarları arasında müəllimlik fəaliyyətinə başlayır. O, ömrünün sonunadək bu peşəyə sadiq qalır. 1960-cı ildə I Zaqafqasiya Musiqiçi-ifaçılar müsabiqəsində iştirak edərək qazandığı parlaq qələbə bu istedadlı pianoçuya çoxsaylı solo çıxışlarına yol açır.

1974-cü ildən 1976-cı ilədək Qahirədə musiqi professoru vəzifəsində işləyib. 1996-cı ildə Yunanıstanın Korfi adasında Loniya Universitetində usta-siniflər təşkil etmişdir. Rafiq Quliyev Almaniya və Misirin bir çox şəhərlərində çıxış edərək 50-dən çox konsertlər vermişdir.

 

Raxmaninov Sergey

Konsert № 4 fortepiano və simfonik orkestr üçün

İfa edir: Rafiq Quliyev

Loading the player...

 

Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1