Behbudov Rəşid Məcid oğlu (14.12.1915 – 9.06.1989)
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.
1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.
Dövlətimiz tərəfindən Rəşid Behbudov SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-ın Xalq Artisti, Gürcüstan SSR-ın Əməkdar İncəsənət Xadimi adlarına layiq görülmüşdür.
Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.
"Heyran olmuşam"
İfa edir: Rəşid Behbudov
"Sənə də qalmaz". Söz. - R.Rza
İfa edir: Rəşid Behbudov
"Qızıl üzük". Söz. - R.Rza
İfa edir: Rəşid Behbudov
"Bəxtəvər oldum". Söz. - Ə.Xaqani
İfa edir: Rəşid Behbudov
"Ağacda leylək".
İfa edir: Rəşid Behbudov
"Gözəlim sənsən".
İfa edir: Rəşid Behbudov
"Küçələrə su səpmişəm".
İfa edir: Rəşid Behbudov
"İntizar".
İfa edir: Rəşid Behbudov
"Qalalı".
İfa edir: Rəşid Behbudov
"Dağlarda çiçək".
İfa edir: Rəşid Behbudov
"Laçın".
İfa edir: Rəşid Behbudov
"Qalanın dibində".
İfa edir: Rəşid Behbudov
"Girdim yarın bağçasına".
İfa edir: Rəşid Behbudov
"Güloğlan".
İfa edir: Rəşid Behbudov
"Güləbatin".
İfa edir: Rəşid Behbudov
"Çal oyna".
İfa edir: Rəşid Behbudov
"Yar bizə qonaq gələcək".
İfa edir: Rəşid Behbudov
"Kəklik".
İfa edir: Rəşid Behbudov
"Evləri var xana-xana".
İfa edir: Rəşid Behbudov
"Ay Dilbər".
İfa edir: Rəşid Behbudov
"Bayatılar".
İfa edir: Rəşid Behbudov
"Qoy gülüm gəlsin".
İfa edir: Rəşid Behbudov
"Ləbu-ləb-bülbülər oxur".
İfa edir: Rəşid Behbudov