İFAÇILAR


Musiqi alətlərində çalanlar musiqi əsərlərini ifa edərək, bəstəkarın öz əsəri ilə dinləyicilərə çatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirirlər.



 

AZƏRBAYCAN İFACILARI

 

Atakişiyev Rauf İsrafil oğlu (15.07.1925 – 03.02.1994)

 

Müğənni, lirik tenor, pianoçu, pedaqoq. Azərbaycan SSR xalq artisti (1967).

 

Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur.
Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir. Lenski ("Yevgeni Onegin" P.Çaykovski), Alfred ("Traviata" C.Verdi), Almaviva ("Sevilya bərbəri" C.Rossini), Faust ("Faust" Ş.Quno), Balaş ("Sevil" F.Əmirov) partiyalarını ifa etmişdir.
Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər ("Arşın mal alan" Ü.Hacıbəyli), Faust ("Faust"Ş.Quno), Qraf Almaviva ("Sevilya bərbəri" C. Rossini), Knyaz Sinoda ("Demon" A. Rubinşteyn), Hofman ("Hofmanın nağılları" J. Offenbax), Malxaz ("Daisi" Z. Paliaşvili), Alfred ("Traviata" C. Verdi), Edmond ("Kornevil zəngləri" R. Plaket), Anatoli ("İnsanın taleyi" ) partiyalarını oxuyub.
Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Я встретил девушку" mahnısının ilk ifaçısıdır. Mahnı ilk dəfə 1957-ci ildə Tacikistan SSR-in "Stalinabad" kinostudiyasında çəkilmiş eyniadlı filmdə ifa olunmuşdur.
Tahir Atakişiyevin qardaşıdır.

 

P.İ.Çaykovski. "Bülbül"

İfa edir: Rauf Atakişiyev  

Loading the player...
M.İ.Qlinka

"O gözəl anı xatırlayıram" söz: – A.S.Puşkin  

İfa edir: Rauf Atakişiyev

Loading the player...
Yuxarı Geri
responsive website builder by Mobirise 1.7.1